20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Slavçev: "Zubir Modriçdən daha yaxşı fintlər edə bilir"

“Qarabağ”ın futbolçusu Simeon Slavçev sosial şəbəkədə azarkeşlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, hazırda Dubayda istirahət edən Slavçevin ən maraqlı cavablarını diqqətinizə çatdırırıq:
 
- Polşadakı, “Lexiya”da oynadığınız vaxtlar haqda bir söz deyə bilərsiz?
 
- “Lexiya”da ən yaxşı vaxt derbidə sarı rəngli formalı komandaya qalib gəldiyimiz oyun idi (“Lexiya” – “Arka” oyunları Polşada derbilərdən biridi).
 
- Sənin meydanda ən güclü rəqibin kim olub?
 
- Kilian Mbappe.
 
- Səncə, Ronaldo, yoxsa Messi?
 
- Kriştiano.
 
- Sənin üçün “İmarət Tayfa” nə deməkdi?
 
- Futbolun məqsədi deyərdim.
 
- Tətil üçün ən sevimli məkan?
 
- Dubay.
 
- “Qarabağ”ın ən güclü futbolçusu?
 
- Mahir Mədətov, Abdella Zubir, Yakub Jezniçak, Dani Kintana, Qara Qarayev, Araz Abdullayev, Miçel Madeyra, Donald Gerye, Filip Ozobiç.
 
- Bolqarıstan futbol tarixinin ən güclü futbolçusu kimdi?
 
- Xristo Stoiçkov.
 
- Bakı, yoxsa Dubay?
 
- Bakı.
 
- Kriştiano Ronaldo haqda nə düşünürsən?
 
- Futbol tarixinin ən əskiksiz oyunçusu.
 
- Abdella Zubir yoxsa, Luka Modriç?
 
- Məncə, Zubir. O, Modriçdən daha yaxşı fintlər edə bilir.
 
- “Qarabağ”da xoşbəxtsən?
 
- Bəli.
 
- “Qarabağ”da hansı bolqarıstanlı futbolçularla birlikdə oynamaq istəyərdin?
 
- Dimitar Yevtimov, Bojidar Çorbadjiyski, Mile Gamakov, Georgi Milanov.
 
- Dünyanın ən yaxşı komandası?
 
- “Liverpul”
 
- Daha böyük komandada oynaya bilərsən?
 
- Bəli. Bunun üçün daha çox çalışmaq, istək, qismət, bacarıq və yaxşı agent lazımdı.
 
- Bolqarıstana dönməyi düşünürsən?
 
- Hazırda belə planım yoxdu. Ancaq bir müddət sonra necə olacağını kim bilər?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30