29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ": 5-ci qələbə üçün

“Qəbələ” cari mövsümdə ilk ev oyununu bu həftə keçirəcək. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar” Premyer Liqanın II turunda “İnter”i qəbul edəcək. İlk turda səfərdə “Bakı”nı 2:1 hesabı ilə məğlub edən Yuri Syominin yetirmələri paytaxtın digər təmsilçisi ilə doğma divarlar arasında oynayacaq.

Bu qarşılaşma rəqiblər arasında 23-cü matç olacaq. Komandalar indiyədək 20 dəfə Premyer Liqa, 2 dəfə Azərbaycan kubokunda üz-üzə gəlib. İlk dəfə 7 il əvvəl görüşən komandaların oyunlarında üstünlük “İnter”in tərəfindədir. Paytaxt təmsilçisi 12 dəfə qalib gəlib və bunun yarısı qədər – 6 dəfə heç-heçə edib. “Qəbələ”nin hesabında isə 4 qələbə var. Ümumilikdə 49 qolun vurulduğu matçlarda “İnter” 33, “qırmızı-qaralar” 16 top vurub. 

5-ci qələbə üçün meydana çıxacaq Syominin yetirmələri bütün qalib gəldiyi görüşləri öz meydanında keçirib. “Qəbələ” 12-ci dəfə qəbul edəcəyi “bankirlər”lə ev oyunlarında üstünlüyə malikdir. Düzdür, hər iki komanda eyni sayda - 4 dəfə qalib gəlib. 3 qarşılaşmada isə qalib müəyyənləşməyib. Meydan sahibləri top fərqində minimal üstünlük əldə edib – 9:8.

Son 3 qarşılaşmada “Qəbələ” xal qazana bilməsə də, evdəki matçlarda fərqli durumdadır. Belə ki, meydan sahibləri son 3 matçda qonaqların qapısına yol tapıb və son 4 oyunda cəmi 1 dəfə uduzub.

 

mövsüm

tarix

turnir

oyun

Hesab

2006/07

05.08.2006

Premyer Liqa

Gilan (Qəbələ) - İnter (Bakı)

0:0

2006/07

12.02.2007

Premyer Liqa

İnter (Bakı) - Gilan (Qəbələ)

2:0

2007/08

02.12.2007

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

2:1

2007/08

28.05.2008

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

4:0

2008/09

30.08.2008

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

1:1

2008/09

07.03.2009

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

0:1

2008/09

29.04.2009

Azərbaycan kuboku

İnter (Bakı) - Qəbələ

5:0

2008/09

06.05.2009

Azərbaycan kuboku

Qəbələ - İnter (Bakı)

2:0

2009/10

26.09.2009

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

3:2

2009/10

24.12.2009

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

0:1

2009/10

10.04.2010

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

1:1

2009/10

15.05.2010

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

4:1

2010/11

19.09.2010

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

0:1

2010/11

13.11.2010

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

0:0

2011/12

23.10.2011

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

1:1

2011/12

11.12.2011

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

0:0

2011/12

24.03.2012

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

2:1

2011/12

22.04.2012

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

2:1

2012/13

10.08.2012

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

1:0

2012/13

17.02.2013

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

2:1

2012/13

13.03.2013

Premyer Liqa

Qəbələ - İnter (Bakı)

1:2

2012/13

19.05.2013

Premyer Liqa

İnter (Bakı) - Qəbələ

1:0

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31