24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Denis Silva: "Qarabağ"ı keçə bilərdik"

"Keşlə”nin müdafiəçisi Denis Silva ölkə kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, braziliyalı futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
 
"Çətin oyun keçdi. Liqadakı vəziyyətimizə görə kubokdakı oyun bizim üçün vacib idi. Mübarizə aparsaq da, alınmadı. Bəzən yaxşı oyun nümayiş etdirsən də, sonda belə nəticə ilə üzləşirsən. Növbəti ili düşünməliyik. Liqaya köklənməli və turnir cədvəlində yuxarı yerlərə qalxmağa çalışmalıyıq".
 
- Hesabı siz açsanız da, sonradan üstünlüyü əldən verdiniz. Niyə belə alındı?
- Diqqətli olmadıq. İkinci hissənin ilk dəqiqələrində qapımızda qol gördük. Yaxşı komandamız və futbolçularımız var. Nümayiş etdirdiyimiz oyun yaxşı idi. Bəzən belə hallar da olur. Bundan dərs çıxarmalıyıq.
 
- Necə düşünürsən, “Qarabağ”ı keçmək olardı?
- Əlbəttə, şanslarımız oldu. Yaxşı qol epizodları yaratdıq. Yaxşı oynadıq. Düşünürəm ki, "Qarabağ"ı keçə bilərdik. Ancaq rəqib də güclü komandadır. Gələcək oyunları düşünməliyik.
 
- Kubokda mübarizəni dayandırdınız, çempionatda isə autsayderlər qrupundasınız...
- Artıq liqanı düşünməliyik. Artıq bir cəbhədə qalmışıq. İndi işimizin nədən ibarət olduğunu yaxşı bilirik. Bütün fikrimizi çempionata cəmləməliyik. Heyətimizdəki güclü futbolçuları saxlamalı və komandamızı da gücləndirməliyik. Yaxşı nəticələr üçün bu lazımdır. Yaxşı komandamız var. Bizi çətin oyunlar gözləyir. Fikrimcə, turnir cədvəlində yuxarı qalxacağıq.
 
- Səncə, “Keşlə”yə yeni oyunçular lazımdır?
- Təbii ki, yeni oyunçular alınsa, yaxşı olar. Komandamız daha da güclənər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30