23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurban Qurbanov: "Bu məsələlərə Antalyada baxacağıq"

"İlk matçda olduğu kimi cavab görüşü də çətin oldu. Kubok çempiontdan fərqlənir. Bir rəqibi keçib yarımfinala düşmək komandaları stimullaşdırır".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalının "Keşlə" ilə cavab oyunundan  (1:1) sonra mətbuat konfransında deyib.
 
46 yaşlı mütəxəssis bildirib ki, "Keşlə" mərhələ keçə bilməsə də, yaxşı təsir bağışlayıb: "Tərlan Əhmədov yaxşı komanda qurub. Onlara uğurlar arzulayıram. İstirahətə gedirik. Yanvarın 6-da Antalyada bir araya gələcəyik".
 
Baş məşqçi qışda komandanı tərk edəcək futbolçuların Antalya toplanışında dəqiqləşəcəyini vurğulayıb: "Gedəcək futbolçular barədə məlumat verə bilməyəcəm. Sadəcə olaraq, bəzi oyunçular daha çox oynamaq istəyir. Ola bilər ki, kimsə yaxınlaşıb, getmək istədiyini desin. Bu məsələlərə Antalyada baxacağıq".
 
O, hazırda Qazaxıstanın "Astana" klubunun formasını geyinən Riçard Almeyda və Pedro Enrikenin "Qarabağ"a dönmələri üçün danışıq aparmadıqlarını qeyd edib: "Riçardla hər hansı danışığımız olmayıb. Ona qapımız həmişə açıqdır. Bunu özünə də demişik. Ona braziliyalı kimi yox, azərbaycanlı kimi baxırıq. Çünki artıq ona Azərbaycan pasportu da verilib".
 
Q.Qurbanov matç başa çatandan sonra baş hakim İnqilab Məmmədovla aralarındakı dialoqa da toxunub: "Ona böyük hörmətim var, son illər çox sürətlə inkişaf etdi. Söhbət zamanı çox sayda sarı vərəqə göstərməsinə etiraz etdim. Xüsusən də Yakub Jezniçaka göstərilən hər iki vərəqə düz deyildi".
 
Q.Qurbanov 2018-ci ili özü və komandası üçün düşərli saydığını deyib: "Ölkə çempionu olduq, ardıcıl 5-ci dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandıq. Çətinliklərimiz də oldu. Digər nüanslara görə də siz daha yaxşı qiymət verə bilərsiniz"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30