25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Çalışacağıq ki, finala yüksələk"

"Çətin oyun oldu. Bizə qələbə lazım idi. Çünki Avroliqaya ən rahat gedən yol kubokdan keçir. İlk oyunda evimizdə qələbə qazanmışdıq. Bu oyun da yaxşı nəticə qazanıb, yarımfinala çıxmaq istəyirdik". 
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Zirə"nin futbolçusu Adil Nağıyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Səbail"i 3:2 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında deyib.
 
23 yaşlı müdafiəçi ilk dəqiqələrdə qol buraxmağın komandaya psixoloji cəhətdən çətinlik yaratdığını bildirib. "Komanda halında yaxşı mübarizə aparıb, istəyimizə nail olduq. İki qol vurduğum üçün sevincliyəm. Bacardığımızı ortaya qoyduq. İlkin Qırtımov zədələndikdən sonra onun yerinə oyuna mən girdim. Baş məşqçimiz mənə şans verdi. Çalışdım ki, komandam üçün əlimdən gələnin ən yaxşısını edim. Əsas odur ki, komandamız nəticə qazandı”.
 
Nağıyev kubokda maksimum nəticə qazanmaq istədiklərini vurğulayıb: "Çalışacağıq ki, finala yüksələk. Hazırda vəziyyət elədir ki, çempionatda işlərimiz heç də yaxşı getmir. Avrokuboklara getmək üçün kubokda maksimum irəliləməliyik”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30