19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Bordin: "Hər birimiz üzülürük"

“Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. İlk oyunda 0-2 hesabı ilə məğıub olan "ağ-qaralar" tunirlə vidalaşıb.
 
Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra mətbuat konfransında iştirak edən "Neftçi"nin baş məşqçisi Roberto Bordin fikirlərini bölüşüb. İtaliyalı mütəxəssis mübarizəni dayandırdıqları üçün üzüldüyünü deyib:
 
"İkiqat mübarizə apardıq. Əfsuslar olsun ki, ilk oyunda əlimizə düşən imkanlardan yararlana bilməmişdik. İlk oyunda qol vura bilsəydik, bu gün davamını gətirəcəkdik: Bizim üçün üzücü haldır. İmkanlarımız oldu, düzgün istifadə edə bilmədik. Hər birimiz üzülürük. Fasilə ərəfəsində maksimum yaxşı hazırlaşacağıq".
 
- Ehtiyat oyunçular skamiyasında oyunu gücləndirə biləcək futbolçu yox idi. Qışda heyətinizi neçə futbolçu ilə gücləndirəcəksiniz?
 
- Zədəli və cəzalı futbolçuların olması normaldır. Heyətimizdə olan futbolçu sayı məni qane edir.  Meydanda daxil olan futbolçular öz vəzifələrini yerinə yetirə bildilər.
 
- Qış transfer dönəmində hansı mövqeləri gücləndirməyi planlaşdırırsınız?
 
- Bizim bu haqda düşünməyə kifayət qədər vaxtımız olacaq. Öncə bu məğlubiyyəti unutmalı, daha sonra bu haqda düşünməliyik.
 
- Komandadan göndərəcəyiniz futbolçuları müəyyənləşdirmisinizmi?
 
- Bizim müzakirə etmək üçün vaxtımız var.
 
- Oyun başa çatdıqdan sonra baş hakim Orxan Məmmədova etiraz edirdiniz. Etirazınız nə ilə bağlı idi?
 
- Rəqibin futbolçuları oyunun tempini aşağı salırdı. Biz isə vaxt itirmək istəmirdik. Bu haqda hakimlə danışığımız oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30