28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

İlin məşqçisi - Qurban Qurbanov

Bu gün dəbdəbəli otellərin birində Komanda.az saytının ilin yekunları ilə bağlı tədbiri keçirilib.

Komanda.az saytı jurnalistlər arasında sorğu keçirərək ilin məşqçisi adına aydınlıq gətirib. İlin baş məşqçisi adına 5 məşqçi namizəd var idi. Qurban Qurbanov 63 jurnalistlərin səsverməsində 49 səslə ilin baş məşqçisi seçilib. O, Komanda.az saytının səsverməsində 9-cu dəfə ilin baş məşqçisi seçilib. “Qarabağ”ın baş məşqçisi Vüqar Məmməd, Roberto Bordin, Yuri Maksimov və Tərlan Əhmədovu qabaqlaya bilib.

Tədbirdə iştirak edənlər arasında Qurban Qurbanovun ilk məşqçisi Şaban Şirdanov da olub. Təcrübəli məşqçi Qurban Qurbanov haqda fikirlərini bildirib:

“Xeyli vaxt idi ki, Bakıya gəlmirdim. Qurban Qurbanovla görüşmək üçün gəldim. Ona Qurban deməyə mənəvi haqqım çatır. Ən yaxşı məşqçi seçilməyi münasibətilə onu təbrik edirəm. Azərbaycan futbolu inkişaf ehtiyac duyur. Qurbanın potensialını bilirəm. O, futbolçu olan vaxtı onun baş məşqçisi olmuşam. Ancaq bugünki gündə məşqçi kimi onun özündən öyrənməli olduğum çox şey var. Təsadüfi deyil ki, o, ardıcıl 9 ildi ən yaxşı məşqçi seçilir. Hamımız bundan sonra Qurban Qurbanovun daha çox uğurlarını gözləyək”.

Sonda isə Qurban Qurbanova ilin ən yaxşı məşqçisi mükfatı təqdim edilib. O, ürəksözlərini bildirib: 

"Bu adı eşitmək həmişə xoşdu. Həmişə bir-birimizə güvənmişik. İstəmişəm ki, futbol camiəymiz bir-birinə güvənsin. Mən oldum ən yaxşı, narahatam. Qısa danışmaq istəyirəm. Həmişə bu ad daha da məsuliyyətli olmağa məcbur edir. Nə qədər bu işdəyəm, sevəcəm və vətənimiz üçün layiqincə iş görməyə çalışacam. Bacardığım qədər uğur qazandırmağa çalışacam. İnanıram ki, gələn il futbolumuz daha inkişaf edəcək, klublarımız daha güclənəcək. Seçiminiz daha çox olacaq. Buna ümid edək. Bu amillər çox vacibdi. Avrokuboklarda iştirak edəcək klublarımızın hamısının qruplara qalmasını arzulayıram. Belədə rəqabət də çoxalacaq. Bunlara ehtiyacımız var. Son vaxtlr bir az ümidsizəm. Ancaq həmişə ümidlə yaşamışam ki, futbolumuz daha da inkişaf edəcək. İnanıram ki, seçiminiz də asan olmayacaq. Dəfələrlə demişəm ki, biz məşqçilər çox dəqqi olmalıyıq, adil olmalıyıq işimizdə. Siz daha çox adil, diqqətli olmalısız. Kənardan baxıram ki, məşqçi işi asandı. Ancaq jurnalistika da asan deyil. Mənim də işim asan deyil. Sizin işinizi də başa düşürəm. Futbol ailəsi bir olmalıdı ki, biizm kimi kiçik futbol ölkələrinin inkişafı tezləşsin. “Qarabağ”ın avrokuboklardakı iştirakınıza, təriflərə və tənqidlərə görə sizə təşəkkür edirəm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31