29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Bakıdakı AL-in finalına giriş neçəyə olacaq?

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçının biletlərinin qiymətləri və satışa çıxarılacağı tarix müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O bildirib ki, həlledici qarşılaşmanın ən ucuz bileti 35 avro, ən bahalısı isə 130 avro olacaq: "Birinci kateqoriyalı biletlər daha baha, dördüncü kateqoriyalılar isə daha ucuzdur. Bu, UEFA-nın standart yanaşmasıdır. Ötən il Fransanın Lion şəhərində keçirilmiş final oyununda biletlərin satış bazarı fərqli olsa da, UEFA üçün Avropa Liqası eyni səviyyəli brendir. Səhv etmirəmsə, Fransadakı finalda orta qiymət 95 avro idi. Bizdə isə ortalama 70 avro olacaq. Təbii ki, VİP biletlər daha bahalıdır. UEFA öz brendinə eyni yanaşır. Amma Bakıdakı finala biletlər bir qədər ucuz olacaq". 
 
Məmmədov biletlərin 2019-cu il martın ilk həftəsindən onlayn satışda olacağını da diqqətə çatdırıb: "Azarkeşlər birinci, ikinci, üçüncü və dördüncü kateqoriyalı yerlərə biletləri onlayn formada əldə edə bilərlər. VİP biletlər isə artıq satışdadır".
 
Qeyd edək ki, bu mövsüm Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31