25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Əfran İsmayılov: "Neftçi"dən daha istəkli idik"

“Sumqayıt”ın yarımmüdafiəçisi Əfran İsmayılov Futbolxeber.az saytına müsahibə verib:
 
- “Neftçi” ilə oyunda bir xalla kifayətləndiniz. Görüşü özünüz üçün necə dəyərləndirisən?
- Elə deyirsiz ki, bir xal qazandınız, biz bu oyunda qalib də gələ bilərdik. Çünki qol şanslarımız “Neftçi”nin şanslarından da çox idi. Sadəcə istifadə edə bilmədik. Amma hər halda bir xal qənaətbəxşdi. Hər iki komanda bir xala layiq idi. 
 
- Komanda oyuna beş müdafiəçi ilə başlamışdı, sonda isə meydanda 7 müdafiəçiniz var idi. “Neftçi”ni dayandırmaq çox çətin idi?
- Bizim sistemimiz beş müdafiəçi ilə oynamaqdı. Gördük ki, “Neftçi” ancaq qabağa vurur topu, hava ötürmələri edir, ona görə Ayxan müəllim meydana müdafiəçi daxil etdi ki, bunların qarşısını alaq. Rail Məlikov meydana daxil oldu və bunların qarşısını almaqda kömək oldu.
 
- Son dəqiqələrdə sanki “Sumqayıt” oyunçularının gücü də qalmamışdı. Fiziki durumunuzun yüksək səviyyədə olmadığını demək olar?
- Başabaş mübarizə getdi. “Neftçi”dən yaxşı da oynadıq. İstəyimiz də onlardan çox idi. Durumumuz yavaş-yavaş yaxşılaşır, daha yaxşı olmasına çalışacağıq. Qış fasiləsindən sonra hər şeyin daha yaxşı olacağını görəcəksiz.
 
- Bu il liqanı altıncı pillədə başa vurdunuz. Yəqin ki, bu sizi razı salmadı? Səncə, niyə belə uğursuz çıxış etdiniz?
- Əlbəttə ki, daha üst pillələrdə olmaq istəyərdik.Ancaq komandalar arasında xal fərqləri azdı. Yeni baş məşqçi gələndən sonra komanda dirçəlib. Ayxan Abbasovun gəlişindən sonra daha istəklidi komanda, daha yaxşı oynayır.  
 
- Qarşıda sizi “Neftçi” ilə daha iki oyun gözləyir. Səncə, “Neftçi” səddini keçə bilərsiz?
- Bəli, ciddi yanaşırıq bu oyunlara. Çalışacağıq ki, ən yaxşı oyunumuzu göstərək və həmin oyunlardan qələbə ilə ayrılan tərəf biz olaq.
 
- Qurban Qurbanovun milli komandadan gedişi sənin üçün gözlənilməz oldu?
- Bilmirəm nə olub, nə baş verib, ancaq belə qərar verilib. Qərara da hörmətlə yanaşmaq lazımdı.
 
- Necə düşünürsən, millimizə yerli yoxsa, xarici mütəxəssis kömək ola bilər?
- Bunlar mənə aid məsələlər deyil. Əsas odu ki, milli komanda üçün faydalı olsun. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30