18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qurban Qurbanovun gedişi mənim üçün gözlənilməz oldu"

“Qəbələ”yə qarşı oyunumuz maraqlı alındı. Hər iki tərəf qələbə üçün oynayırdı. Qələbə qazanmaq üçün şanslarımız old, ancaq yararlana bilmədik. Ümumi götürsək, pis təsir bağışlamadıq”. Bu sözləri Futbolxeber.az saytına açıqlamasında “Səbail”in hücumçusu Ağabala Ramazanov deyib.

Komandanın aparıcı üzvü ölkə kubokunun ¼ final mərhələsinin “Zirə” ilə oyunlarında uğurlu nəticə qazanmaq istədiklərini bildirib: “Qəbələ” ilə oyunun “Zirə” ilə heç bir əlaqəsi yoxdu. Çünki biri çempionat, digəri isə kubok oyunudu. Tam fərqli turnirlərdi. Kubokda iki oyunun nəticəsinə görə qalib müəyyənləşir. Ona görə də “Zirə” ilə oyuna tam başqa cür hazırlaşırıq. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. Komanda olaraq hər zaman üst pillələrdə olmağı, layiqli mübarizə aparmaq istəyirik. “Zirə” də bizimlə oyuna başqa cür çıxacaq”.

Sonda isə Ağabala Ramazanov Qurban Qurbanovun millidən gedişinin onun üçün gözlənilməz olub-olmadığını bildirib: “Bəli, Qurban Qurbanovun gedişi mənim üçün gözlənilməz oldu”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30