26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Samir Abasov: "3-4 nəfərlə ayrı söhbətimiz olacaq"

"Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının XIV turunda öz meydanında "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb. Futbolxeber.az saytının məlumatına görə, Abasov öncə məğlubiyyətdən danışıb:
 
- Deyiləsi bir şey yoxdur. Oyunun taleyi ilk hissədə həll olundu. Matça pis başlamadıq. Səhvlər etdik. Hər şey əlimizdən çıxdı. “Qarabağ”a qarşı bu cür səhvlər olursa, onlar bağışlanmır. Bu, bizə dərs olsun. İndi danışmaq çox çətindir. Yaxşı ki, bu məğlubiyyət ilin son oyununda oldu. Təəssüflər olsun ki, pis nəticədir. İki kubok oyunumuz qalıb. Analiz etmək üçün vaxtımız olacaq. Çalışacağıq ki, nələrisə dəyişək.
 
- Komandanı tərk edəcək futbolçular müəyyənləşib?
 
- Buna iki kubok matçında sonra adınlıq gələcək.
 
- Səhv eləmirəmsə, baş məşqçi karyeranız ən böyük hesablı məğlubiyyətinizdir.
 
- Ola bilər. Futbolçuları etdikləri səhvlərə görə qınamaq lazımdır. Amma burada hər şeyi üzərimdən atıb tamadalıq da etmək istəmirəm. Futbolçu matça çıxanda sanki, öz dünyasındadır. Səhvlər edir və bu da qollara gətirib çıxarıq. Bilmirəm ki, oyunçular qarşılaşma vaxtı nə fikirləşirlər.
 
- Görüş başa çatandanda sonra əsəbi görünürdünüz. Qurban Qurbanovun da əlini sıxmadınız.
 
- Əsəbəşmişdim. Rəqib baş məşqçi gərək, üzrlü hesab etsin. Onu qələbəyə görə təbrik edirəm. Futbolçularla sabah danışacağıq. 3-4 nəfərlə ayrı söhbətimiz olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30