29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurban Qurbanov: "Bilirdim ki, milli ilə vidalaşacam"

"Aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri isə istefaya gedəcək. Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət yoxdu. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Rahatam". 
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millinin sabiq çalışdırıcısı Qurban Qurbanov deyib.
 
AFFA İcraiyyə Komitəsinin qərarından sonra millidəki işinə son verilən Qurbanv vaxtsa yığmaya qayıda biləcəyini də istisna etməyib: "Yaxşı baş məşqçilərimiz gəlir. Məncə, ən yaxşı qərarı AFFA verəcək. İclasa gələndə, bilirdim ki, milli ilə vidalaşacam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindi. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm. Mən təyin olunanda da baş məşqçi üçün fikirlərini gizli bildirmişdilər".
 
"Əlavə fikir söyləmək istəmirəm. İnkişaf istəyiriksə, mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdır. AFFA İcraiyyə Komitəsindən çıxarılmağımı təklif etdim. Buradan getmək istəyirəm. Çünki gərək fikrimiz öz klubumuzda olsun" - deyə, Qurban Qurbanov fikirlərini yekunlaşdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31