25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Elxan Məmmədov: "Təcrübə göstərdi ki, iki yerdə işləmək çətindi"

AFFA-nın baş katibi Elxan Məmmədov İcraiyyət Komitəsinin iclasından sonra jurnalistlərə açıqlama verib.
 
Futbolxeber.az saytının məlumatına görə, baş katib bunları bildirib: “İclasda son bir ildə millinin nəticələri müzakirə olundu. Bununla yanaşı aşağı yaş qrupları məşqçilərinin müqaviləsini də müzakirə etdik. Hakimlər komitəsinin sədri də hesaba verdi. Həm də lisenziya məsələləri müzakirə olundu”.
 
Elxan Məmmədov Qurban Qurbanovun millinin baş məşqçi postundan gedişi haqda isə bunları deyib: “İclasda bildirildi ki, iki komandanın baş məşqçisi olmaq ağır yükdü.
 
Bir il əvvəl bu qədər ağır olmadığını düşünürdük. Təcrübə göstərdi ki, iki yerdə işləmək, dörd yarışda iştirak etmək həqiqətən çox çətindi. Buna görə də müqaviləyə xitam verildi. AFFA rəhbərliyi hər şeyə görə Qurban Qurbanova təşəkkür etdi. Təəssüf ki, millətlər liqasında uğur qazana bilmədik”.
 
Baş katib aşağı yaş qruplarından ibarət yığmalarda uğurlu nəticələr olmadığından baş məşqçilərin istefaya göndərilməsinə qərar verildiyini bildirib: “Aşağı yaş qruplarında çalışan məşqçilərin nəticələrinə baxanda gördük ki, beynəlxalq arenada nəticələr uğursuzdu.
 
Məşqçilərdən bizə uzunmüddətli plan təqdim olunmadı. Bunları nəzərə alaraq, U-19 yığması istisna olmaqla digər baş məşqçilərin müqavilələrinə xitam verildi”.
 
“Klublar gəlir hissələrini ildə bir dəfə ictimaiyyətə açıqlamalıdılar. Bununla yanaşı klubların daxilində maliyyə şəffaflığını təmin etmək tələb olunur” – deyə, Elxan Məmmədov fikirlərini yekunlaşdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30