Ölkə futbolu
"Mirhüseyn Seyidov və Nizami Hacıyev satqın deyillər"
Oyun alğı-satqısı ittihamı ilə futboldan ömürlük uzaqlaşdırılan “Keşlə”nin sabiq futbolçusu Nizami Hacıyev yenicag.az-a müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Nizami, işlərin necə gedir?
- Şükür Allaha, işlərim qaydasındadır. Oxuyuruq, öyrənirik. Vaxtında öyrənmədiyimizi indi öyrənirik. Moskvadayam. Mənə qardaş deyib, axırda məndən üz döndərənlərdən uzaqdayam. O insanların simasını görmürəm, heç görmək də istəmirəm. Bu gün yanımda elə insanlar var ki, pis günümdə mənə dəstək olublar. Hərdən uşaqlarla futbol oynayıram. Əlbəttə, futbolsuz ağırdır, acınacaqlıdır. Yaxın zamanlarda hər şey öz qaydasına düşəcək.
- Moskvaya birdəfəlik köçmüsən?
- Bəli, Moskvaya birdəfəlik köçmüşəm. Artıq vətəndaşlıq da alıram. Yəqin ki, burada qalacam.
- Futbola qayıtmaq barədə düşünmürsən?
- Dostlardan belə bir təklif var. Hər gün bunu müzakirə edirik. Hər gün eyni mövzuya qayıdırıq. Deyirlər, futbola qayıtmaq lazımdır, sən bu işi bilirsən. Hərtərəfli nə lazımdısa, dəstək olmağa hazırdırlar. Dəqiq heç nə deyə bilmirəm. Bilmirəm, futbola qayıdacam, ya yox. Çünki işlərim həddindən artıq çoxdur. Bir neçə sahədə çalışıram. Dostlarımın mənə etibar etdiyi işlər çoxdur. Dostluqdan əlavə bu işi düzgün yerinə yetirməliyəm. Hər şeyi gələcək göstərəcək.
- Belə başa düşdüm ki, bizneslə məşğulsan.
- Bəli, artıq öz biznesimizlə məşğuluq. Böyük biznesə sahib olan şirkətdir. Həm dost kimi, həm də köməkçi kimi mənə etibar ediblər. Mən də işin öhdəsindən gəlməyə çalışıram.
- Kənardan baxanda Azərbaycan futbolu necə görünür?
- Elə bil xilasedicisən, dənizdə adam boğulur, sən də kömək edə bilmirsən. Bax belə bir mənzərədir.
- Nizami kimlərdən inciyib?
- İncimək deyəndə ki, kimdən, nədən inciyim? Özüm özümdən inciyirəm ki, dəyərsiz insanlara çox dəyər verdim. Bugünkü durum elədir ki, kim boğulursa, sadəcə, kənardan durub ona baxmaq lazımdır. Özünü oda atıb, kimisə xilas etmək təəssüf ki, ən səhv addımdır. Çünki sən boğulanda səni oradan heç kim çıxarmayacaq. Həqiqətən də mən bununla üzləşdim. Mən çətin durumda olanda heç kim mənə əl uzatmadı. Mənim sözümü demədilər. Çox insana yaxşılıq etmişəm, amma biri telefonu qaldırıb demədi ki, qardaş, salamatçılıqdır? Bəlkə görüşüb, bir stəkan çay içək, dərdləşək… Buna ehtiyac da yoxdur. Şükür Allaha, indi hər şey qaydasındadır, istədiyimdəm də yüksək səviyyədədir. İstər-istəməz adam pis olur ki, mən həminki Nizamiyəm də. Mən futbol oynayanda da həmin Nizami olmuşam, oynamayanda da. Mən həyata gələndə də eyni adam olmuşam. Amma maddi maraq onları dəyişdi. Hansısa kreslo onları dəyişdi. Amma mən dəyişməmişəm. Mən çox insanların adını çəkə bilərəm ki, onlara nələr etmişəm. İstər imkanlısı olsun, istərsə də kasıb. Bir adam deyə bilməz ki, məndən kömək istəyib, ona “yox” demişəm. Vallah, çox dərin məsələdir. Ümumiyyətlə, onlarla üz-üzə gəlmək istəmirəm. Kənardan baxıb deyirəm ki, hə, Allah köməyiniz olsun. Allah hamının ürəyinə görə versin. Hər şey üzdən yaxşı görsənir. İnsan psixologiyası elədir ki, içindəki pisi gizlətdiyini düşünür. Amma içimizdə bizi narahat edən bir şeylər var. Onu fikirləşmək lazımdır ki, bu məni niyə narahat edir? Mən də səhv etmişəm ki, bugünkü gündə futboldan kənarda qalmışam. Səhvimizi başa düşdük. Amma bu səhv onların ittiham etdiyi deyil. Ümumiyyətlə, həyat tərzimdə səhv edib, bugünkü gündə də cəzasını çəkmişəm. Amma hər bir şəxsin ağrısı var ki, onu çox adam bilmir.
- Həmin məsələ ilə bağlı cinayət işinə xitam verilib…
- Günahsız olduğumuz üzə çıxıb. Amma hər şey AFFA rəhbərliyinin əlindədir. İnşallah, gözləyək görək son qərarları nə olacaq. Belə bir söz var e, yaxşı kişinin ürəyində mərhəmət olar. Mən də bu sözə arxalanıb, AFFA rəhbərliyindən xəbər gözləyəcəm.
- Dediyin şəxslər futbolun içində olan adamlardır?
- Futbolda da var, futboldan kənarda da. Bu dediklərim hamısına aiddir.
- Zaur Axundovdan necə, narazılığın var?
- Heç bir narazılığım yoxdur. Görüşməmişəm, görüşmək fikrim də yoxdur. Mən Moskvada, onlar Bakıdadır. Bizim görüşməyimiz qəliz məsələdir. Allah hamının işini avand eləsin.
- Mirhüseyn Seyidovla əlaqə saxlayırsan?
- Əlbəttə, Mirhüseynlə danışıram. O, mənim qardaşımdır. Hər gün də olmasa, bir gündən bir danışıb, hal-əhval tuturuq.
- Son olaraq nə demək istəyərdin?
- Saytınız vasitəsi ilə sözümü deyim, qoy hamı diqqətlə oxuyub, dərk eləsin. Bu çox adama aiddir. İstər futbolda, istərsə də futboldan kənarda olan şəxslərə… Mirhüseyn Seyidov və Nizami Hacıyev satqın deyillər. Biz layiqincə öz torpağımızı, bayrağımızı bütün milli komandalardan tutmuş klublara kimi təmsil etmişik. Bunun hamısı göz qabağındadır. Kimin marağı olsa ki, mən Azərbaycanı necə təmsil edirəm, buyurub Moskvaya gəlsin. Biz Azərbaycanın bayrağını tutub ölkənin dalınca danışan yox, onun uğrunda öləcək oğlanlarıq. Bu, bizim üçün müqəddəs sayılır. Biz bu ölkəni satmamışıq. Biz çörək kəsdiyimiz insanların sirlərini ikinci bir şəxsin yanında danışmamışıq. Şükür Allaha, damarımızda axan təmiz azərbaycanlı qanıdır. Bu gün Azərbaycandan kənarda olsam da, mən həminki Nizamiyəm. Sadəcə, qoy hamı bilsin ki, biz vətən xaini deyilik. Müəyyən insanlar var, bunları oxuyub hər şeyi başa düşəcəklər. Özləri də yaxşı bilirlər ki, mən bunu kimlərə deyirəm. Dəfələrlə onlara təkrar etmişəm ki, qardaş mənlə Mirhüseyn Seyidov vətən xaini deyilik. Biz torpağımızı, bayrağımızı, himnimizi satmamışıq. O şəxslər ki, orada-burada hansısa maliyyəyə görə Azərbaycanın adını çəkir, bu o demək deyil ölkəsini sevir. Biz həqiqətən də ölkəmizi kişi kimi təmsil etmişik. Mən həmişə demişəm ki, ölkənin müəyyən insana aidiyyatı yoxdur, müəyyən insanın ölkəyə aidiyyatı var. Biz özümüzü hər yerdə düzgün aparmalıyıq. Bizi vətən xaini kimi qələmə vermək lazım deyil. Onsuz da hamı hamını tanıyır. Hamı yaxşı bilir ki, kim nəyinisə nəyəsə görə qurban verir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza
-
12:46
“Qəbələ”nin meneceri cəzalandırıldı
-
12:40
AFFA 2 klubu cərimələdi
-
12:27
UEFA kursunu uğurla başa vuran qadın məşqçilərə diplomlar təqdim olunub
-
11:54
“Neftçi” ilə oyunda bəxt üzümüzə gülmədi"
-
11:33
U-17 millimiz İnkişaf turnirində iştirak edəcək
-
11:05
Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
-
10:56
Məhəmməd Muradlı liderliyini davam etdirir
-
10:42
Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
-
10:29
“Azərreyl”in kapitanı: "Hədəfimiz çempionluqdur"
-
10:18
Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
-
10:03
"Real" "Mançester Siti"ni mübarizədən kənarlaşdırdı VİDEO
-
09:47
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
-
09:30
İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu
-
18:51
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
-
18:28
17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
-
18:07
“Xəzri” finalda