28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Riçard Almeydanı "Astana"da ən yaxşılar arasında görmədilər

"Astana" 2018-ci ilin ən yaxşı futbolçusunu seçib. 
 
Futbolxeber.az saytının məlumatına görə, jurnalistər arasında keçirilən sorğunun nəticələrinə əsasən çempion komandanın kapitanı, Qazaxıstan yığmasının da əsas qapıçısı olan milliləşdirilən serbiyalı legioner Nenad Eriç birinci olub. Xorvatiyalı yarımmüdafiəçi Marin Tomasov ikinci, Baxtiyar Zaynutdinov isə üçüncü olub. "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Pedro Enrike 8-ci yeri tutub.
 
Millimizin yarımmüdafiəçisi Riçard Almeyda isə ilk 10-luğa düşə bilməyib. Qeyd edək ki, bu yay "Qarabağ"dan "Astana"ya keçən Almeyda və Enrike paytaxt klubunda mövsümün 2-ci yarısından çıxış ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31