19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Rəqib topla oynaya bildiyini göstərdi"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/8 final mərhələsində səfərdə "Kəpəz"i 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb.
 
Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, qələbəni şərh edən çalışdırıcı bunları deyib:
 
"Uzun yol qət etsək də, yaxşı oynadıq. Komandamdan razıyam. Lazım olan qələbəni əldə etdik. “Kəpəz”ə də növbəti oyunlarda uğurlar arzu edirəm. Böyük hesablı qələbə qazansaq da, rəqib topla oynaya bildiyini göstərdi".
 
"Kəpəz"in baş məşqçisi Etibar İbrahimov isə bu məğlubiyyətin komandası üçün yaxşı dərs olacağını bildirib: "Oyun zamanı da göründü ki, rəqib əbəs yerə Premyer Liqanın 3-cü pilləsində qərarlaşmayıb. Fərdi olaraq “Səbail” futbolçuları çox seçilirdi. Sürətdə rəqiblə ayaqlaşa bilmədik. Təəssüf ki, hesab böyük oldu, bu oyunun futbolçularıma gözəl dərs olacağını düşünürəm. Rəqibi təbrik edirəm”
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30