28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi"nin müdafiəçisi: "Heç vaxt bu qədər qol vurmamışdım"

"Neftçi"nin müdafiəçisi Anton Krivotsyuk klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, "Sumqayıt”la oyuna hazırlıqla bağlı danışan gənc futbolçuYeni ili ailəsi ilə birlikdə keçirmək istədiyini bildirib.
 
- "Sumqayıt”la oyuna hazırlıq necə keçir?
 
- Digər oyunlara olduğu kimi, "Sumqayıt”la matça da hazırlıq tam sürətlə davam edir.
 
- Artıq qış çempionusunuz...
 
- Bəli. Amma qış çempionu olmaq daha çox o baxımdan əhəmiyyətlidir ki, mənə və komanda yoldaşlarıma təzyiq azalır.
 
- Bu mövsüm artıq iki dəfə rəqib qapılarından top keçirmisiniz...
 
- Bəli. Heç vaxt bu qədər çox qol vurmamışdım... (gülür)
 
- Hiss edirsiniz ki, oyununuzu daha da yaxşılaşdırmısınız?
 
- Hələ ki, hiss etmirəm. Deməli, az çalışmışam. Daha da çox işləmək lazımdır.
 
- Növbəti rəqib "Sumqayıt” haqda nə deyə bilərsiniz?
 
- Bu komanda hələ nəyə qadir olduğunu göstərməyib. "Sumqayıt” oyundan-oyuna daha da inamlı çıxış edir.
 
- Yeni ili harada keçirmək istəyirsiniz?
 
- "Sumqayıt”la oyunu başa vuraq, sonra bu haqda düşünmək olar. Yeni il ərəfəsində həmişə bayram əhval-ruhiyyəsində oluram. Bayramı harada qeyd edəcəyimi hələ bilmirəm. Amma bir şey dəqiqdir ki, Yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31