28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Vorskla"nın kapitanı: "Qarabağ" üçün "Arsenal"a qarşı oynamaq çətin olacaq"

"Vorskla"nın kapitanı Vladimir Çesnakov Futbolxeber.az saytına açıqlama verib. Ukraynalı futbolçu "Qarabağ"ın "Sportinq"lə görüşü və "Arsenal"a evdə uduzmaqları haqda danışıb:
 
"Oyundan bir gün əvvəl bildik ki, oyun Poltavada deyil, Kiyevdə keçiriləcək. Təbii ki, bunun özü də oyunumuza təsir etdi. Baxmayaraq ki, "Arsenal" ehtiyat heyətilə oynayırdı, yenə də onlara qarşı oynamaq çətin idi. Biz əlimizdən gələni etdik, ancaq hesab belə başa çatdı. "Qarabağ" - "Sportinq" oyununun nəticəsi? Həqiqətən də Bakıdakı oyunun nəticəsi mənim üçün gözlənilməz idi. Amma bu futboldu da, istənilən komanda bu nəticə ilə üzləşə bilər".
 
Çesnakov qrupun son turunda keçiriləcək "Sportinq" - "Vorskla" və "Arsnela" - "Qarabağ" oyunu barədə də danışıb: "Biz "Sportinq"lə görüşdə xal qazanmaq üçün oynayacağıq. Lissabondan xalla ayrılmaq istəyirik ki, azarkeşlərimizi sevindirək. "Qarabağ"ın "Arsenal"la görüşü haqda nə deyim? Düşünürəm ki, "Qarabağ"ın məşqçiləri komandanı "Arsenal"la oyuna necə hazırlamalı olduqlarını yaxşı bilir. "Qarabağ"a "Arsenal"la görüşdə də uğurlar arzu edirəm. "Qarabağ" üçün çətin olacaq, ancaq hər şey ola bilər". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31