26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qəbələ" Almaniya və Rusiya klubları ilə oynayacaq

“Qəbələ”nin 2018-2019-cu illər mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. 
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin dekabrın 20-də keçiriləcək cavab oyunundan sonra istirahətə buraxılacaq “qırmızı-qaralar” 2019-cu il yanvarın 6-da Bakıda bir araya gələcək. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda ayın 13-dək paytaxtda hazırlıq keçəcək.Mövsümün ikinci yarısına hazırlığın növbəti mərhələsi Türkiyədə gerçəkləşəcək. “Qəbələ” yanvarın 13-dən 27-dək Antalya şəhərində təlim-məşq toplanışında olacaq. “Qırmızı-qaralar” Lara bölgəsindəki “Trendi otel”də məskunlaşacaq.
 
Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu nəzərdə tutulub. Komanda yanvarın 16, 20, 24 və 26-da keçiriləcək matçlarda qüvvəsini sınayacaq. Bu qarşılaşmalardakı rəqiblərdən ikisi dəqiqləşib. “Qəbələ” yanvarın 16-da Almaniyanın 3-cü liqa klubu “Meppen”lə üz-üzə gələcək. Ayın 24-dəki rəqib isə Rusiyanın birinci divizion təmsilçisi “Fakel” olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30