19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

"Zirə"nin kapitanı 40-a çatdı

"Zirə”nin futbolçusu Anar Nəzirov 40-cı dəfə meydana komandanın kapitan kimi çıxıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu yubiley Topaz Premyer Liqasının 13-cü turunun "Qəbələ” ilə səfər matçına təsadüf edib. "Qartallar”ın tarixinə ən çox kapitanlıq edən futbolçu kimi düşən qapıçı bu oyunadək 39 dəfə görüşə sarğı ilə çıxmışdı. "Zirə”nin heyətində 85 dəfə meydana çıxan Anar ilk dəfə 2015/16 mövsümündə bu vəzifəni icra edib. O, 2015-ci il noyabrın 28-də "Xəzər Lənkəran”la ev görüşündə (1:0) meydana kapitan kimi çıxıb.
 
Bu 40 oyundan 36-sı Premyer Liqa, 4-ü UEFA Avropa Liqası çərçivəsində keçirilib. "Zirə”nin kapitanları arasında Anarın ən yaxın izləyiciləri hərəyə 21 dəfə bu etimadı qazanan Elvin Məmmədovla Rəşad Abdullayevdir. 
 
Bundan başqa, Topaz Premyer Liqasının 13-cü turunun "Qəbələ” ilə səfər oyununda 0:0 hesablı heç-heçəyə imza atan "Zirə” mövsümdə 3-cü dəfə qapısını toxunulmaz saxlayıb. Bu, rəqib meydanındakı ilk belə qarşılaşma olub. Belə ki, komanda əvvəlki 6 səfər qarşılaşmasında qapısını toxunulmaz saxlaya bilməyib.
 
Ümumilikdə isə "qartallar” klub tarixində 56-cı, səfərdə 28-ci dəfə meydanı qol buraxmadan tərk edib. Bu quru oyunlardan 35-i Premyer Liqa çərçivəsində keçirilib. "Zirə” 17-ci dəfə Premyer Liqadakı səfər oyununda qapısını toxunulmaz saxlayıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30