20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

AFFA "Neftçi" rəsmisinə ağır cəza verdi

“Neftçi” klubunun idman direktoru Ceyhun Sultanov AFFA-nın İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılıb.
 
Futbolxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, bu barədə qərar İK-nın bugünkü iclasında verilib.
 
C.Sultanov Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə 10 oyun cəzalanıb, klub 16000 manat cərimə olunub.
 
Matçın 33-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 
Oyunun 70-ci dəqiqəsində “Sabah”ın futbolçusu Vanderson Silva ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 matç cəzalanıb, klub 200 manat cərimələnib.
 
Qarşılaşmanın 84-cü dəqiqəsində “Neftçi”nin  futbolçusu Baqali Dabo ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 
“Neftçi” azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. “Sabah”ın təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan qonaq klub  tərəfindən ödəniləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30