28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”dən VIII qış çempionluğu

Topaz Premyer Liqasında qış çempionu müəyyənləşib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, mövsümün ilk yarısı başa çatmasa da, “Neftçi”nın qış fasiləsinə 1-ci pillədə yollanacağı rəsmiləşib.

Buna “ağ-qaralar”ın 13-cü turda səfərdə “Sabah” üzərində 2:1 hesablı qələbəsi səbəb olub. Xal hesabını 32-yə çatdıran Roberto Bordinin yetirmələri ilin son turunun nəticələrindən asılı olmayaraq fasiləyə 1-ci pillədə yollanacağını təmin edib.

Qeyd edək ki, bu, “Neftçi”nin Azərbaycan çempionatları tarixində 8-ci qış çempionluğudur. Bakılılar 1994/95, 1996/97, 2000/01, 2001/02, 2003/04, 2010/11 və 2011/12 mövsümlərində də qış fasiləsinə lider kimi yollanmışdı. Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur. “Neftçi”dən başqa “Qarabağ” 6, “Kəpəz”lə “İnter” (indiki “Keşlə”) hərəyə 3 dəfə qış çempionu olub. “Xəzri”, “Şəmkir”, “Karvan”, “Xəzər Lənkəran” və “Olimpik”in (indiki “Şüvəlan”) hərəyə 1 belə uğuru var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31