19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Premyer Liqamızda mövsümün rekordu

Topaz Premyer Liqasının 13-cü turunun “Qarabağ” - “Keşlə” matçı mövsümün rekordu ilə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, meydan sahiblərinin 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşma çempionatın ən məhsuldar oyunudur. Bunadək 4 matçda 5 qol vurulsa da, ilk dəfə azarkeşlər 6 qol izləyib.

“Qarabağ” həm də bu mövsümdə bir oyunda 5 və daha çox qol vuran ilk komanda olub. Bunadək 4 top vuran olsa da, artığını heç bir komanda bacarmamışdı. “Keşlə”nin qapısından 3 top keçirən Mahir Mədətov isə mövsümün ilk het-trikinin müəllifi adını qazanıb.

Ağdam klubu mövsümün ən böyükhesablı qələbəsini də təkrarlayıb. Belə ki, çempionatda 3-cü dəfə 4 top fərqi qeydə alınıb. Bunadək “Neftçi” “Səbail”i, “Səbail” “Sabah”ı 4 cavabsız qolla üstələmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30