16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Sənan Qurbanov: "Komandada arxayınlaşma hiss etdim"

“Keşlə” ilə matçda yaxşı oynamışdıq. Bu dəfə komandada bir az arxayınlaşma hiss etdim. Çalışdıq bunu aradan qaldıraq".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqanın 13-cü turunda evdə "Zirə" ilə keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.
 
Gənc çalışdırıcı oyunun 61-ci dəqiqəsindən azlıqda qalan autsayder rəqiblərinə qol vura bilməmələrini belə izah edib: "Həmişə qələbədən sonra müsbət məqamları daha da yaxşılaşdırmaq istəyirik. Bu matçda yaxşı oynadığımızı deyə bilmərəm. Mübarizə apardıq. Təəssüf ki, real qol vəziyyətimiz olmadı.
 
Ceyms Adeniyinin yoxluğu hiss olundu. Ön xətdə kəsərli hücum yarada bilmədik. Ceymslə Stiven Monrozun anlaşmasının üzərində məşqlərdə də işləyirik və bəhrəsini görmüşük. Bu dəfə Monroz tək qalmışdı. Oyunun dünən keçirilən hissəsindən narazı qalmışdım. Həmin bölümü analiz etdik. Futbolçulara da çatışmazlıqları göstərdik. Bu gün oyunçularda istək var idi. Amma tələskənlik hiss olunurdu. Futbolçular hücuma çıxanda daha çox tələsirdilər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30