16 May 2024, Cümə axşamı
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb

Ölkə futbolu

Foqts təzə bəhanə tapdı

 

Milli komandamızın baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsində Portuqaliyaya 0:2 hesabı ilə uduzduqların oyundan sonra Almaniya mətbuatına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, “Bild” qəzetinə müsahibəsində o bildirib ki, Lüksemburqla qarşılaşmadan sonra, Portuqaliya ilə oyun ərəfəsində komandası çox yorğun olub. Azərbaycan millisi üçün ayrılan təyyarənin çox darısqal olduğunu söyləyən alman məşqçi futbolçuların normal istirahət edə bilmədiyini deyib.

“Bild” qəzetinin iddiasına görə, təyyarə o qədər balaca olub ki, hətta futbolçular döşəmədə yatıblar. Qeyd edək ki, bu iddianın doğru olması şübhə doğursa da, Foqts özü məlumatı təkzib etməyib: “Bizə səhv təyyarə göndərilmişdi. Belə şeylər inanılmazdı”.

Berti Foqts Portuqaliya məğlubiyyətinin bir səbəbini də klublarda görüb. O qeyd edib ki, klub komandalarında hazırlıq lazımi səviyyədə deyil. Almaniyalı mütəxəssis yerli bəzi məçqçilərin millinin təlim-məşq toplanışını ləğv etməyə çalışdıqlarını da qeyd edib: “Onlar görünür FİFA-nın təqvimi haqda heç vaxt eşitməyiblər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31