29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Azərbaycan çətin rəqib deyil, ancaq qiymətləndirməyə bilmərik"

“Qrupumuzda Xorvatiya kimi çətin rəqib var. Onlar favoritdirlər. Dünya çempionatının gümüş mükafatçılarıdır".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Slovakiya millisinin kapitanı Marek Hamşik Avro-2020-nin püşkatmasını dəyərləndirərkən deyib.
 
31 yaşlı yarımmüdafiəçi Slovakiya mətbuatına açıqlamasında yığmamızı asan rəqib adlandırıb: “Fransada keçirilən Avropa çempionatında Uelslə başabaş mübarizə aparsaq da, bu komanda çox arzuolunmaz rəqibdir. Uelsin baş məşqçisi Rayan Giqqz rəqiblər üçün xoşagəlməz futbol oynadır. Maraqlıdır ki,  indiyə qədər Macarıstana qarşı oynamamaışam. Qonşularımızla matçları səbirsizliklə gözləyirəm. Çünki onların yaxşı azarkeşləri var. Çoxsaylı fanatlar onları həm evdə, həm də səfərdə dəstəkləyirlər. Macarıstana qarşı iki maraqlı oyun keçirəcəyik". 
 
"Napoli"nin üzvü Azərbaycanla oyunda 6 xal qazanmalı olduqlarını bildirib: "Azərbaycan isə çətin rəqib deyil. Ancaq onları qiymətləndirməyə bilmərik. Düzdür, altı xal almalı olduğumuz rəqibdir, lakin qeyd etdiyim kimi,  Azərbaycana yuxarıdan aşağı baxmamalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31