25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Mirabdulla Abbasov: “Hakimin bu qərarı absurd idi”

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyun haqda fikirlərini bildirib.
 
Futbolxeber.az-ın məlumatına görə, gənc futbolçu klubun rəsmi saytına açıqlamasında hakimin qərarlarını absurd adlandırıb: "Çox çətin oyun alındı. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik və buna nail olduq. Komanda yoldaşlarıma, məşqçilərə və rəhbərliyə təşəkkür edirəm. Bu, ümumi qələbəmizdi.
 
Hakim qərarlarına gəlincə, çox ümid etmək istərdim ki, bunlar qərəzsiz və səhv qərarlar idi. Amma şəxsi fikrim budu ki, hakim penalti vermək əvəzinə, haqsız olaraq simulyasiyanı əsas gətirərək, Daboya ikinci sarı vərəqəni göstərdi. Absurddu. Fikrimcə, hakim əlindən gələni etdi ki, uduzaq. Şükür Allaha, bu, bizim qələbə qazanmağımıza mane olmadı”.
 
Abbasov qol vurmağına da münasibət bildirib: "Bu, cərimə zərbəsindən vurduğum ilk qoldu. Məşqlərdə həmişə bunun üzərində çalışırdım, bəzən alınırdı, bəzən yox. Bu gün isə oyunda alındı. Bundan sonra cərimə zərbələrini özüm yerinə yetirəcəm (gülür). Ümid edirəm, bu, cərimə zərbəsindən vurduğum son qol olmayacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30