23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rəhman Hacıyev: "Hakimin bizi sıxışdırmağı göz qabağındaydı"

"Neftçi"nin futbolçusu Rəhman Hacıyev Topaz Premyer Liqasının 13-cü turunda səfərdə "Sabah"ı 2:1 hesab ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, o, ilk olaraq qələbəni şərh edib:
 
- Çox ağır oyun keçdi. İlk hissədə 10 nəfər, daha sonra 9 nəfərlə oynamaq məcburiyyətində qaldıq. Bəlkə də, kənardan asan görünə bilər, amma çox, həddindən artıq çətin idi. Hakim də bəzi epizodlarda həqiqətən bizi çox sıxdı. Buna baxmayaraq, qələbə qazandıq. Bütün komandanı təbrik edirəm
 
- Sizə çətinliyi əsas nə yaratdı? 
 
- Meydanda azlıqda qaldıqdan sonra çətinlik çəkdik. Azlıqda qaldıqda məcburən müdafiədə dayanıb, əks-hücumları gözləyirsən.
 
- Qış fasiləsinə çempion kimi gedirsiniz..
 
- Çox sevindirici haldır. Amma bu o demək deyil ki, biz artıq çempionuq. Qarşıdakı oyunlara çox ciddi hazırlaşmaq lazımdır. Ümid edirəm, belə də davam edib, çempion olarıq.
 
- İki futbolçunuz qırmızı vərəqə aldı, qapınıza penalti təyin olundu. Hakimin idarəçilyi haqda nə deyə bilərsən?
 
- Hakimlə bağlı onu deyə bilərəm ki, futbolda hər kəs səhv edə bilər, amma Rəhim Həsənovun səhvləri çox bilinirdi. Yəni bizi sıxışdırmağı göz qabağındaydı. Ona görə çətinlik çəkdik. Belə olmaz. Həqiqətən, belə olmaz. Hakim bir-iki səhv edə bilər, bu, normal bir şeydir. Amma komandanı sıxmaq tamam başqa bir şeydir. Buna baxmayaraq, komanda halında yaxşı mübarizə aparıb, qələbə qazandıq. Çox sevinirəm buna görə.
 
- Səncə, hakimin qərarlarında səhv var idi, ya qərəz?
 
- Nə bilim, vallah. Ümid edək ki, səhv olar. Penalti epizodu ilə bağlı da nəsə deyə bilmərəm. Çünki görməmişəm. Amma Dabonun vəziyyətində məncə, penalti var idi.
 
- Son oyunlar sabit olaraq meydana çıxırsan. Yavaş-yavaş əvvəlki formana qayıdırsan.
 
- Məşqlərdə çox çalışırdım. Düzdür, heyətdə yer ala bilmirdim. Amma baş məşqçimizin fikirlərinə hörmətlə yanaşıram. Amma yenə də həvəsdən düşmürəm, məşqimi edirəm. Əgər məni meydana buraxıb, mənə güvənirsə, əlimdən gələni edəcəyəm ki, əsas 11-likdə yerimi möhkəmləndirim.
 
- Yenidən milliyə cəlb olunacağını düşünürsən?
 
- Çağırılsam, çox sevinərəm. Çünki bir futbolçu üçün meydana çıxmamaq, milliyə çağırlamamaqdan daha pis təsir edir. Klubumda oynamırdım, buna görə də çağırılmırdım. Bu da normal bir şeydir. İnşallah, belə davam edib, milliyə dəvət alaram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30