29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Aftandil Hacıyev: "Məğlub olmaq istəmirdik"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 13-cü turunda səfərdə “Sumqayıt”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bildirib. Futbolxeber.az saytının məlumatına görə, Hacıyev öncə yenilgini şərh edib:
 
- "Sumqayıt”ı təbrik edirəm. Uzun müddətdən sonra öz meydanlarına qayıtdılar. Maraqlı oyun alındı. Hər iki tərəf məğlub olmaq istəmirdi. İtkilərimiz var idi. Futbolçularımdan razı qaldım. Bu qədər itki ilə meydana çıxsaq da, yaxşı oynadıq. Ən azından məğlub olmaq istəmirdik. Qarşıdakı oyunlara baxmalıyıq".
 
- Komanda meydanda istəksiz görünürdü. Maaş problemi olduğu deyilirdi, lakin mətbuat xidməti bunu təkzib etdi. İstəksizlik nə ilə bağlıdı?
 
- İstəksiz olduqlarını deməzdim. Kapitanımızın üzüntüsü futbolçulara da təsir etmişdi. Fərdi səhvdən qol buraxdıq.
 
- Emil Balayevin səhvi nəylə bağlıydı?
 
- Meydançanın ot örtüyünə alışmamışıq. Futbolda da çox vaxt rəqibin səhvindən qol vurulur. Bu gün də biz səhv etdik, “Sumqayıt” bizi cəzalandırdı.
 
- Oyundan sonra Emilə nə isə dedizmi?
 
- Xeyr. Heç nə demədim. Əvvəl də səhvləri olmuşdu. Futbolda belə hallar olur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31