20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Bordin: “Şübhəli epizodları bir daha izləməyə çağırıram”

"İlk növbədə futbolçuları təbrik edirəm. Son anadək mübarizə apardılar. İki dəfə azlıqda oynadıq. Komandamın oyunundan çox razıyam".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının 13-cü turunda "Sabah"ı 2:1 hesab ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında  deyib.

- Komandanın oyunundan razı qaldığınızı bildirdiniz. Bəs, hakimliyin “oyunu”ndan?

- Yanılmıramsa, 11 sarı vərəqə oldu və bunlardan 6-sı qırmızı vərəqəyə çevrildi. Şübhəli epizodları bir daha izləməyə çağırıram. Komandamın oyunundan razıyam.

- Baqali Dabo qırmızı vərəqə aldıqdan sonra gah su içdi, gah baş hakimi alqışladı, gah meydanı tərk etmək istəmədi. Bir peşəkar futbolçu bu cür hərəkət etməlidirmi?

- Məncə, azarkeşləri alqışlayırdı.

- Karikari ehtiyatda oturub pul qazanmağa gəlib?

- Bu sualı cavablandırmaq istəmirəm. Texniki və taktiki cəhətdən suallar olsaydı, cavablandırardım. Polemikaya girməyək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30