25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Adətən "Qarabağ"da belə məğlubiyyətlər olmur"

"Sportinq" baxımlı oyun sərgilədi, yaxşı oynadılar. Təktoxunuşlu ötürmələr zamanı bir-birlərini yaxşı başa düşürdülər".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "A Bola"ya açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev deyib. Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Sportinq”ə 1:6 hesablı ev məğlubiyyətini şərh edən bolqarıstanlı futbolçu təəssüf fikirlərini bölüşüb: “Təəssüf ki, 6 top buraxdıq. Bu, komanda üçün yaxşı hal deyil. Adətən, bizdə bu cür məğlubiyyətlər olmur. Bu dəfə belə alındı”.
 
Mövsümün əvvəlində “Qarabağ”a “Sportinq”dən keçən Slavçev sabiq komandasının şanslarını dəyərləndirib: “Avropa Liqasının finalı Bakıda olacaq. “Sportinq”in əsas hədəfinin ölkə çempionatı, yoxsa Avropa Liqasını qazanmaq olduğunu bilmirəm. Amma əgər bizə qarşı oynadıqları kimi mübarizə aparsalar, turnirdə qalib olmaq üçün əla şanslarının olduğunu deyə bilərəm”.
 
24 yaşlı futbolçu Lissabon klubuna uğurlar arzu edib: “Sportinq”ə işıqlı gələcək arzu edirəm. Qalmaqal və çətinliklər artıq geridə qaldı. Ümid edirəm ki, bundan sonra yeni prezidentlə onlar daha da yaxşı olacaq və titullar qazanacaqlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30