19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Qəbələ” ilə “Zirə”nin 16-cı dueli

Bu həftə Topaz Premyer Liqasında 13-cü turun oyunları keçiriləcək.
 
Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” mövsümün ilk yarısında son ev oyununa çıxacaq. “Qırmızı-qaralar” öz meydanında “Zirə”ni qəbul edəcək.
 
Qəbələ şəhər stadionundakı görüş iki komanda arasında 16-cı duel olacaq. Əvvəlki 15 matçda “qırmızı-qaralar” 6 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 22 top keçirən “Qəbələ” 14 qol buraxıb. Bu duellərdə “Qəbələ”nin 14 oyunçusu qol sevinci yaşayıb. Aleksey Qay 4, Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç və Stiven Monroz hərəyə 2 dəfə fərqlənib.
 
İndiyədək keçirilən 15 oyundan 13-ü Premyer Liqa, 2-si Azərbaycan kubokuna təsadüf edib. Çempionatda komandalar hərəyə 4 dəfə üç xala sevinibsə, 5 dəfə sülhlə ayrılıb. Bu oyunlarda “Qəbələ” 15, rəqibi 12 qol vurub. “Qırmızı-qaralar” öz meydanında keçirdiyi əvvəlki 7 matçda üstünlüyə malikdir. 3 qələbə qazanan “Qəbələ” eyni sayda heç-heçə edib və yalnız 1 dəfə uduzub. Meydan sahiblərinin 11 qoluna qonaqlar 6 dəfə cavab verib .
 
"Qəbələ” - “Zirə” görüşü dekabrın 2-də keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30