28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Abdulaye: "Almeydadan üzr istədim"

"Həmin epizodda mən topa gedirdim. Nəzərə alın ki, mən hətta qaydanı pozmadım". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "İnter"in müdafiəçisi Brüs Abdulaye deyib.  Premyer Liqanın ilk turunda "Qarabağ"a qarşı baş tutan matçda Riçard Almeydanı zədələyən Brüs Abdulaye "İnter"in saytına verdiyi açıqlamada  rəqibindən üzr istədiyini bildirib: "Mən məhz belə olduğuna görə çox təəssüflənirəm. Mən ona zədə yetirmək istəmirdim, sadəcə futbol belədir və heç bir futbolçu belə zədələrdən sığortalanmayıb. Mən özüm tez-tez belə zədələr alıram. Son matçlardan birində tam bir hissəni başısarıqlı oynamağa məcbur oldum. Riçard Almeyda meydanı tərk edən zaman ona yaxınlaşdım və vəziyyətilə maraqlandım. O, dedi ki, vəziyyəti normaldır. Sonra mən ona zəng etdim və üzr istədim. O da cavab verdi ki, məndən inciməyib. Bizim aramızda hər hansı bir problem yoxdur”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31