19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Slavçev: "Nə deyəcəyimi bilmirəm"

"Həqiqətən, nə deyəcəyimi bilmirəm. Çox ağır məğlubiyyətdir. Bu gün rəqib daha yaxşı oynadı. Onlar yüksək texnikaya malik idilər və qələbə qazandılar".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın üzvü Simeon Slavçev deyib. 
 
- “Sportinq”ə səfərdə 0:2, “Arsenal”a isə 0:3 hesabı ilə məğlub olmuşdunuz, bu gün isə qapınızda 6 top gördünüz. Bu, rəqibin texniki göstəricilərinin olmasına görə idi?
 
- Bayaq dediyim kimi, buna cavab verməkdə çətinlik çəkirəm. Biz bacardığımız qədər mübarizə apardıq, amma hesab belə oldu.
 
- Keçmiş komandanıza qarşı oynadınız. Hansı hissləri keçirdiniz?
 
- Bu gün köhnə dostlarımdan bir neçəsini gördüm. Özüm üçün onları görmək yaxşı oldu. Ancaq komandamızın bu gün, bu hesabla məğlub olması məni çox məyus etdi. Bizim üçün çox pis gün oldu. Növbəti oyunlarda inkişaf etməliyik, oyunun bütün aspektlərində zəif idik.
 
- Londonda “Arsenal”la görüşə hansı psixologiya ilə gedəcəksiniz? Biz həmin oyunda nəyə ümid etməliyik?
 
- Çalışacağıq ki, həmin matçda daha yaxşı oyun göstərək və azarkeşlərimizi sevindirək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30