18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Qarabağ"ın ən ağır ev məğlubiyyəti

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Sportinq"ə 1:6 hesabı ilə uduzub.
 
Futbolxeber.az saytının məlumatına görə, bu, Ağdam təmsilçisinin avrokuboklar tarixində ən ağır ev məğlubiyyəti kimi tarixə düşüb.
 
Daha öncə "atlılar" ev oyunlarında dörddən çox top fərqiylə məğlub olmamışdı. "Qarabağ" 1998/99 mövsümündə UEFA Kuboklar Kubokunda Danimarka "Kopenhagen"inə 0:4 hesabı ilə uduzmuşdu. 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" İngiltərənin "Çelsi" klubuna da 0:4 hesabı ilə uduzaraq, ən böyük hesablı ev yenilgisini yaşamışdı.
 
Qeyd edək ki, "Qarabağ" avrokuboklarda 4-cü dəfə bir matçda qapısından 6 qol buraxıb. Təmsilçimiz 1998/99 mövsümündə UEFA Kuboklar Kubokunda Danimarka "Kopenhagen" klubuna səfərdə 0:6 hesabı ilə məğlub olmuşdu. 1 il sonra ağdamlılar UEFA İntertoto Kubokunda Fransanın "Monpelye" klubuna səfər matçında 0:6 hesabı ilə yenilmişdi. "Atlılar" ötən mövsüm ÇL-in qrup mərhələsində Londonda "Çelsi"yə də 6 cavabsız qolla uduzmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30