20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qurban Qurbanov: "Çox zəifik"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərəhləsinin V turunda doğma meydanda “Sportinq”ə 1:6 hesabı ilə məğlub olduqları matçla bağlı fikirlərini bölüşüb. Futbolxeber.az saytının məlumatına görə, 46 yaşlı mütəxəssis öncə məğlubiyyətlə bağlı danışıb:
 
- Çox üzücü məğlubiyyət aldıq. Bu gün rəqibin gücünü tam bildik. Onlar ən yaxşı oyunlarını ortaya qoydular. Belə komandalara qarşı yaxşı oynamaq istəyirik, lakin bəzən alınmır. Yaxşı oynamağa çalışsaq da, alınmadı. Rəqib bizdən üstün idi. Oyun haqda danışacaq bir şey yoxdur.
 
- Komandanın oyunundan razı qaldınız?
 
- Yox.
 
- Ən çox hansı mövqedən və hansı futbolçudan narazı qaldınız?
 
- Rəqib bizdən üstün idi. Hər hansı mövqedə yaxşı oynadığımızı desək, düzgün olmaz. “Sportinq” Portuqaliyanın ən yaxşı klublarındandır, akademiyası da belədir. Bu komandanın oyun fəlsəfəsi, oyunçu seçimi yüksək səviyyədədir. Bu gün rəqibinin tam gücünü gördük. Avropa futbolu bizdən daha yüksək səviyyədədir. Özümüzü aldatmalı deyilik, çox zəifik. Düzdü, bəzi oyunlarda xarakter göstərmişik, uğur qazanmışıq. Lakin zəif olduğumuz görünür. Bu gün səhvlər etdik və rəqib bunu bağışlamadı.
 
- İnkişaf etmək üçün beyninizdə yeni planlarınız varmı?
 
- Millinin Kosovo ilə oyunundan sonra da səviyyətimizin zəif olduğunu demişdim. Hər şeyə real yanaşmaq lazımdır. İnkişaf barədə düşünsək, hər şeyə əvvəldən başlamalıyıq. Rəqiblərimizin bizdən güclü olduğu açıq-aşkar görünür. Biz belə oyunlarda təcrübə qazanırıq. Mənə ən çox təsir edən doğma meydanda məğlub olmaqdır. Çətin olsa da, bunu qəbul etməliyik. Öz işimizi davam etdirməyə çalışırıq. Böyük bir inkişaf olmalıdır ki, gələcəkdə belə rəqiblərə qarşı düzgün mübarizə apara bilək. Bizim yaxşı oyunlarımız az olmayıb. Görünür ki, get-gedə Avropada futbol inkişaf edir. 
 
- Futbolçular Qarabağ müharibəsində şəhid olanların övladları ilə oyuna çıxdılar.  Bu, yetərincə motivasiya olmadı?
 
- Belə məğlubiyyətlər olanda narazılıqlar olur. Belə qollar buraxmaq istəməzdik. Bir-bir saysaq, əlbəttə ki, özümüzü düzgün çıxarmaq istəməzdik. Futbolçularımızın motivasiyası var idi, ilk hissədə yaxşı hücumlar etdik. Deməzdim ki, daha artığını edə bilərdik. Rəqib topla çox yaxşı oynadı. Biz başqa oyun planlaşdırmışdıq, topla daha çox oynamaq istəyirdik. Xırda amillər var, oyunun nəticəsinə təsir edir. Deməzdim ki, uşaqların motivasiyası yox idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30