23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Uqo Almeyda: "Saat fərqi "Sportinq" futbolçularına təsir edə bilər"

“Belə uzaq məsafələrə rahat təyyarə ilə getmək lazımdır. “Sportinq” Bakıya kreslo və çarpayısı olan təyyarə ilə yollanıb. Belə olan halda uzun yol onlara təsir etməməlidir”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Portuqaliya millisinin sabiq üzvü Huqo Almeyda ölkəsinin mətbuatına açıqlamasında deyib. O, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün Bakıda “Qarabağ”la qarşılaşacaq “Sportinq”in hazırlığı ilə bağlı danışıb. Veteran hücumçu belə uzun səfərlərdə saat fərqinin komandaya təsir edə biləcəyini qeyd edib: 
 
“Azərbaycana uçmaq İtaliya və ya Almaniyaya səfər etməklə eyni deyil. Ancaq mən əminəm ki, “Sportinq” “Qarabağ”la oyuna hazırdır Ölkələr arasındakı saat fərqi “Sportinq” futbolçularına təsir edə bilər. Hava şəraitini də nəzərə almaq lazımdır. Oyunçular səfər etdikləri ölkədə havanın nə qədər soyuq olmasını bilməlidir".
 
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Sportinq" oyunu saat 21:55-də başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30