23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Daha yaxşı hazırlaşıb, irəli gedə bilərik"

"İlk oyunu yaxşı təhlil etmişdik. Bilirdik ki, rəqib cinahlardan yaxşı oynayır. Bu üzdən cinahları bağlamağa çalışdıq. Komandamız Qəbələdə keçirilən ilk matçdan daha yaxşı oynadı. İlk qol epizodunu yaratdıq, penalti qazandıq. Təəssüf ki, qol vura bilmədik. Bəlkə də hesabı açsaydıq, oyunun axarını öz xeyrimizə dəyişə, rəqibi tələskənliyə məcbur edib bundan maksimum yararlana bilərdik".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyev UEFA Gənclər Liqasının ikinci mərhələsinin cavab oyunu çərçivəsində "Herta" 0:1 hesabı ilə uduzduqları matçı şərh edərkən deyib.
 
"Düşünürəm ki, düzgün yoldayıq. Bu rəqiblə onların meydanında başabaş oynamaq futbolçularımız üçün həm də bir təcrübə oldu. Gələcək matçlara daha yaxşı hazırlaşıb, irəli gedə bilərik. Futbolçularımız çox yaxşı oynadılar. Onların hamısı istəkli idi, qələbə qazanmaq istəyirdi. Belə qarşılaşmada meydanı qol vurmadan tərk etməyimiz bir az üzücü oldu. Oyunçularımız çox əziyyət çəkdilər. Ən sevindirici məqam isə odur ki, düzgün oynamağa çalışdılar, həm rəqibə imkan vermədilər, həm də top bizdə olanda düzgün qərarlar qəbul etdilər” - deyə o bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30