24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Qəbələ"dən 8 cavabsız qol

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.
 
Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın təşkil etdiyi liqalarda baş tutan qarşılaşmalarda sözügedən klubun təmsilçiləri 8 qələbə qazanıb, 1 heç-heçə edib. Yeganə məğlubiyyət isə klubun öz komandaları arasındakı görüşdə qeydə alınıb.
 
“Neftçi” İK ilə U-17 Liqasının matçında “Qəbələ” 3:1 hesablı ev qələbəsi qazanıb. U-16 Liqasında eyni klubun qonağı olan “qırmızı-qaralar” 5 cavabsız qolla qalib gəlib. U-15 Liqasında “Qəbələ” öz meydanında “Neftçi” PFK ilə heç-heçə edib – 0:0. U-14 Liqasının paytaxt zonasında “Xəzri” ilə görüşən “qırmızı-qaralar” 8:0 hesablı qələbə ilə aktivinə 3 xal yazıb. U-13 Liqasının eyni zonasında isə komanda “Məqsəd Kursları”nın qapısından 7 cavabsız qol keçirib.
 
U-12 Liqasında “Qəbələ” UGİM-ə (Ağdaş) 10:0, UGİM “Qəbələ” isə UGİM-ə (İsmayıllı) 2:0 hesabı ilə qalib gəlib. U-11 Liqasında “qırmızı-qaralar” UGİM-i (İsmayıllı) 6 cavabsız qolla məğlub edib. U-10 Liqasında mübarizə aparan “Qəbələ” və UGİM “Qəbələ” arasında dueldə birincilər 2 cavabsız qolla qələbə qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30