25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Sportinq” bizim kimi oynayacaq"

Topaz Premyer Liqasının 12-ci turunda "Qarabağ" evdə "Sabah"la 1:1 hesablı heç-heçə edib. Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra Ağdam klubunun ispaniyalı yarımmüdafiəçisi Dani Kintana jurnalistlərə müsahibə verib. 31 yaşlı futbolçu öncə oyunla bağlı danışıb:
 
- Demək olar ki, rəqib oyun ərzində bir qol şansı yaratdı və bundan da yararlandı. Biz isə nə qədər çalışsaq da, alınmadı. “Sabah” yaxşı müdafiə olundu.
 
- “Qarabağ” çoxlu qol şansları yarada bilmədi. Bunun səbəbi nədir?
 
- Rəqib bütünlüklə müdafiə olunubsa, bu, normal haldı. Mənə elə gəlir ki, 2-3 vəziyyət yaratmışdıq ki, onları qola çevirə bilsəydik, qələbə üçün kifayət edəcəkdi.
 
- Bu gün “Sabah”ın müdafiəsini yara bilmədiniz. “Sportinq” kimi komandanın müdafiə xəttini necə dağıdacaqsınız?
 
- Məncə, bu oyunları müqayisə etmək olmaz. Tam fərqli oyunlar olacaq. “Sportinq” bizim kimi oynayacaq. Düşünürəm ki, qol vurmaq üçün boşluqlar tapa biləcəyik.
 
- 90 dəqiqə oynamağa tam hazırsanmı?
 
- Bu, vaxt tələb edən prosesdir. Uzun zamandır bu qədər oynamırdım. Baş məşqçiyə mənə 90 dəqiqə şans verdiyi üçün təşəkkür edirəm.
 
- “Sportinq”lə oyun barədə fikirlərin necədir?
 
- “Sportinq” lə oyun çətin olacaq. Lissabon klubu səviyyəli komandadır. Nəzərə alaq ki, avrokuboklarda evdə rəqiblər üçün çətin komanda olmuşuq. Qalib gəlmək üçün meydana çıxacağıq.
 
- “Qarabağ” “Sportinq”ə qalib gələ bilər?
 
- Əvvələr belə səviyyədə olan rəqiblərə qalib gəlmişik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30