Ölkə futbolu
Qurban Qurbanov: "Mənim üçün maraqlı olan Kamranın səfərə getməməsidir"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XII turunda “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı öncə oyunla bağlı danışıb:
- Ağır oyun oldu. “Sabah” yaxşı müdafiə olundu. Futbolçular arasında anlaşma çətin idi. Milli oyunlarından sonra hər zaman belə olur. Əsas odur ki, xallarımızın üzərinə xal gəldi.
- Millinin baş məşqçisi olaraq bu suala aydınlıq gətirməyinizi istəyirik. Kamran Ağayev həqiqətən də zədəli olduğunu bəhanə edib?
- Suallarınıza cavab verəcəyəm. Mən istəmərəm ki, komanda haqda belə fikirlər səslənsin. Hər bir komandada zədəli ola bilər. Ola bilər ki, ciddi bir şey olmaya bilərdi. Zədələnməsinə, oynamamasına narahat deyiləm. Mənim üçün maraqlı olan Kamranın səfərə getməməsidir. Bunu futbolçunun ixtiyarına buraxmaq lazımdır. Bütün bunlardan əlavə, istəmərəm ki, futbolçularımın üzərinə çox gedilsin.
- Dekabrın 2-də Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Həmin mərasimdə iştirak edəcəksiniz?
- Bu barədə məlumat verəcəyik.
- Kosovoya məğlubiyyət, bu gün heç-heçə... “Sportinq”lə görüşdə çətinlik olmayacaq?
- Düşünmürəm. Milli üzvləri il ərzində az sayda oyun keçirmirlər. İstər psixoloji, istərsə də fiziki yüklənmə olur. Amma bunun onların oyununa təsiri olacağını düşünmürəm. İnanıram ki, həmin matçda hamı qaydasında olacaq.
- Elxan Məmmədov bu gün meydanın kənarında sizinlə söhbət edirdi. Maraqlıdır, nə danışdınız?
- Elxan müəllim bütün çempionat oyunlarında iştirak edib. Bir yerdə işləyirik, danışmağımız normaldır.
- Tərlan Əhmədov bu gün bildirib ki, milli tək Kamran Ağayevdən ibarət deyil. O, qolkiperin Kosovo ilə oyundan öncə zədəli olduğunu bildirib. O, eyni zamanda “pirojki” dövründə daha yaxşı futbol oynanıldığını söyləyib.
- Mən illərdir futboldayam. Çalışmışam ki, öz işim barədə düşünüm, dəyər verim. O cümlədən də, komandanın nəticələrini yaxşılaşdırım. Tərlanla bir yerdə oynamışam, nəticələrimiz də olub. Tərlanın açıqlaması ilə tanış olmamışam, ona görə fikir bildirmək istəmirəm. Belə hallarda fikir bildirənlər daha çox olur. Heç kimin fikrinə münasibət bildirmək niyyətində deyiləm. Hamıya yalnız dəstək olmağa çalışmışam. Bütün hallarda, heç kim haqda pis fikirdə olmamışam və olmuram. Mən öz işimlə məşğul olmağa çalışıram. Futbolda məğlubiyyət də olur, uğurlu oyunlar da. Kimlər məğlub olmayıb ki?
- Milli komandaya görə azarkeşlər narahatdır. Onlara deyəcəyiniz fikir varmı?
- Mən azarkeşlərdən razıyam. Futbolumuzun irəli getməsini istəyirlər. Bir yerdə olmalıyıq ki, çətinlikləri geridə qoyaq. Bütün idman növlərində məğlub ola bilərik. Bizim birliyimiz həmişə olmalıdır. Biz də öz işimizi layiqincə görməliyik. Çətinliklə də olsa, nəticələrimizi yaxşılaşdırmağa çalışırıq.
- Qurban Qurbanov millidə ona bəslənilən ümidləri doğrulda bilirmi?
- Mən işimin daha yaxşı olmasını istəyirəm. Vaxtımın çox hissəsini futbola ayırıram.
- Üzərinizdə təzyiq hiss etmirsiniz?
- Məşqçilik elə bir peşədir ki, hər zaman təzyiq olur. Yazılanlar, deyilənlər məni narahat edir. Amma mən futbolçuların təzyiq altında olmasından ehtiyatlanıram. Mənə nə qədər təzyiq olsa da, bunu normal qarşılamağa çalışıram. Çətin olsa da, özümü ələ almağa çalışıram.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin yeni transferi artıq Bakıdadır - EKSKLÜZİV
- Orxan Məmmədov: “Tarixi qələbə qazandıq”
- “Neftçi” qapıçısı ilə yollarını ayırdı
- Firuz Abdulla: “Ümidvarıq ki, turnir cədvəlində əlifba sırası “Səbail”in “S”-i ilə pozulacaq”
- “Kəpəz” yeni baş məşqçisi ilə bu gün müqavilə imzalayır
- “Turan Tovuz” “Benfika”nın yetirməsini transfer edir - EKSKLÜZİV
- “Neftçi” qızıl medallara qovuşdu
- Emin Ağalarov: “Minifutbol millimizlə fəxr edirəm” - EKSKLÜZİV
- AFFA fil qulağında yatır...
- “Kəpəz” ölkə xaricindən məşqçi gətirir
- “Sabah”dan ayrılan İrasabal sabiq “Neftçi”linin yanına yollandı
- “Baku Fire”in məşqçisi diplom aldı
- Lionel Messi millimizi təbrik edib
- Riad Rəfiyev Harvard Biznes Məktəbinin proqramına qəbul olunub
- Zaur Axundov: “Mənim üçün üçüncü yer çempionluğa bərabərdir”
-
09:30
Niderland millisi Avropa çempionu oldu
-
23:58
Hacı Əliyevə Güləş Federasiyasında vəzifə verildi
-
23:00
“Neftçi”nin yeni transferi: “Kumirim həmişə Ronaldo olub”
-
22:49
Şota Arveladze: “Azərbaycan idman sahəsində də böyük uğurlar qazanıb”
-
21:36
“Neftçi”nin yeni transferi tibbi müayinədən uğurla keçdi
-
21:14
Güləşçimiz Avropa çempionatının finalına yüksəlib
-
20:53
Azərbaycan cüdoçularından 6 medal
-
20:21
Luis Ortis rəsmən “Neftçi”də
-
18:02
Ronaldo "Əl-Nəsr"lə yeni müqavilə imzaladı
-
15:17
"Karvan" 2 futbolçusu ilə yolları ayırdı
-
12:58
Kilan Lebonun yeni klubu müəyyənləşdi
-
11:35
Balayev daha bir il “Neftçi”də
-
10:49
İsgəndər Cavadov: “Qərb zonası hələ SSRİ dövründən futbol bölgəsi kimi tanınır”
-
10:16
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Emreli "Kayzerslautern"lə ilk məşqə çıxdı
-
09:30
"Borussiya"nın qələbəsi VİDEO
-
21:23
“Neftçi” hazırlığa start verdi FOTOLENT
-
18:51
U-20 millimizin Avropa çempionatı üçün heyəti məlum olub
-
18:16
“Qarabağ” çempionluq kubokunu “İmarət”ə aparıb
-
18:00
“Sheki Open” beynəlxalq şahmat festivalı yekunlaşıb
-
17:45
Silahlı Qüvvələr Gününə həsr olunan kütləvi qaçış yarışı keçiriləcək
-
17:34
Basketbol millimiz Qazaxıstanda çempion olub
-
16:52
Arveladze yenidən İstanbul klubunda
-
16:29
AMADA Kanoe və Avarçəkmə Federasiyasının gənc idmançıları üçün seminar keçib
-
16:17
Pioli "Əl-Nəsr"dən getdi
-
15:30
Millimizin yeni baş məşqçisi: “Böyük məsuliyyət və şərəfdir”
-
14:51
“İmişli” beş futbolçu ilə vidalaşıb
-
14:43
“Neftçi”nin futbolçuları müayinədən keçdilər FOTOLENT
-
14:28
“Karvan”da daha bir ayrılıq
-
14:16
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib
-
14:04
Millimizdə yeni baş məşqçi təyinatı
-
13:55
"Araz-Naxçıvan"ın "Aris"lə oyunlarının vaxtı açıqlandı
-
13:37
“Qarabağ” Xankəndidə tələbələrlə görüşüb
-
13:29
"Sumqayıt"ın sabiq baş məşqçisi Rusiya klubunda
-
13:12
“Dünya çempionatında medal qazanmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”
-
13:00
ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçi Bakıda "ustad dərsi" keçəcək
-
12:43
"Sumqayıt" daha üç futbolçu ilə vidalaşdı
-
11:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:38
"Neftçi"dən ayrılan müdafiəçi Fransa klubunda
-
11:01
“Sumqayıt”da ayrılıq - Xaçayev getdi
-
10:45
"Qarabağ"ın üzvləri Şuşada FOTOLENT
-
10:27
Millimiz Berlində beynəlxalq toplanışa başlayıb
-
10:12
DÇ: "Bavariya" "Benfika"ya uduzdu VİDEO
-
09:54
Azərbaycan atletləri Sloveniyada Avropa çempionatına uğurla start veriblər
-
09:30
“Qarabağ”ın Qarabağa səfəri başlayıb
-
19:44
"Neftçi" Ervin Koffi ilə də vidalaşdı
-
18:51
Muslera rəsmən Argentina klubunda
-
17:36
Namik Ələskərov “Sabah”dan getdi
-
17:02
Basketbol millimizdən növbəti qələbələr
-
16:45
Bundesliqa klubunda yeni baş məşqçi