19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Zirə"nin "Sumqayıt" üstünlüyü

“Zirə” Premyer Liqanın 12-ci turunda “Sumqayıt”la görüşəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, noyabrın 25-də keçiriləcək ev oyunu zirəlilərin "gənclik şəhəri” təmsilçisi ilə 14-cü dueli olacaq.
 
Cari mövsümdə 2-ci dəfə üz-üzə gələcək rəqiblər ümumilikdə 13 dəfə qarşılaşıb. Bu matçlarda üstünlük “Zirə”nin tərəfindədi. Hesabında 6 qələbə və 3 heç-heçə olan komanda 4 dəfə meydanı xalsız tərk edib. 26 qolun vurulduğu görüşlərdə “qartallar” üstündü – 15:11. Bu oyunlarda qəsəbə təmsilçisinin ən yaxşı bombardiri Vüsal İsgəndərlidi. O, 3 dəfə fərqlənib. Riçard Qadze və Sadio Tounkaranın hesabında 2 top var.
 
“Zirə” ev oyunlarında da üstünlüyə malikdi. 7-ci dəfə rəqibini qəbul edəcək komanda əvvəlki 6 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edən “qartallar” yalnız 1 dəfə uduzub. Öz meydanında 9 qola sevinən "qartallar" 5 top buraxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30