29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Futbolçuların pullarını saymasınlar, əllərini daşın altına qoysunlar"

“Kosova həmin gün bizdən yaxşı oynadı qalib gəldi. Bizdən daha istəkli idilər”.

Bunu Futbolxeber.az saytına açıqlamasında millimizin keçmiş hücumçusu Samir Musayev deyib.

O, Azərbaycan millisinin uğursuz çıxışı haqda fikirlərini bildirib: “Bəzi futbolçuların bacardığından aşağı çıxış etməsi, rəqibin motivasiyası, istəyi, oyunu dəyişməyimizə mane oldu. Erkən qol da komandamızın oyununa mənfi təsir etdi. Əsl gücümüzü Qurban müəllim daha yaxşı bilir. Ancaq fikrimcə, zamanla biz daha yaxşı oynayacağıq. Çünki komanda indi futbol oynamağa başlayır hələ. Əsl gücümüzü gələcəkdə görəcəyik. Səbrli olsaq yaxşı yığma komanda görəcəyik”.

Musayev sonda millimizin gələcəkdə yaxşı nəticələr qazanacağına inandığını bildirib: “Bu sadəcə başlanğıcdı. İndiyə kimi yığma komandamız final mərhələsinə bu qədər yaxın olmamışdı. Ancaq bunu da yaşadıq. Bir vaxtlar klublarımız qrup mərhələsinə düşə bilmirdi. Ancaq 4-5 ildi ki, klublarımız stabil olaraq qruplarda çıxış edir. Millimiz final mərhələsinə çıxmaq üçün addım-addım irəliləyir. Mənim sözüm, futbolçuların pulunu sayan, boş-boş  danışanlaradı. Əgər millimizi belə fikirləşəndilərsə, Kosovada yığmanı bir azarkeş qarşılamazdı. İsti yerdə oturub komanda haqda ağzına gələni danışmaql olmur. Əlinizi daşın altına onlar da qoysun, yoxsa oturub futbolçunun pulunu saymasınlar. Deyiləsi çox sözüm var, zamanı gələndə deyəcəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31