23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"İstər-istəməz psixoloji gərginlik ola bilər"

"Millimiz Farer adaları ilə görüşdə ilk dəqiqələrdən aqressiv başlamışdı. Bunun məntiqi nətcəsindədi ki, ilk yarıda 2:0 qalib gəlmişdik. Baş məşqçi tərəfindən də tez qol vurmaq tapşırığı verilmişdi. Çünki gec qol vursaydıq rəqib daha arxayın oynayacaqdı. Bizdə isə tələskənlik ola bilərdi. Əsas odu ki, çətinliyə baxmayaraq millimiz yaxşı oyum gösyərib vacib üç xalı qazandı".
 
Bu sözləri Futbolxeber.az saytına açıqlamasında milli komandamızın sabiq üzvü Aqil Nəbiyev deyib. 
 
Azərbaycan millisinin şərəfini qorumuş Nəbiyev milli komandamızın sabah Kosovo yığmasına qarşı da keçirəcəyi görüşlə bağlı danışıb: "Millimiz Kosovo ilə final oyununa yollanıb. Təbii ki, bu görüşün mahiyyətini, məşqçilər də, futbolçular da gözəl dərk edir. İstər-istəməz rəqib daha rahat oynayacaq. Çünki bizdən iki xal öndədi. Millimizdə futbolçular var ki bəlkə də karyeralarının ən vacib oyununa çıxacaq. İstər-istəməz psixoloji gərginlik ola bilər. Ancaq inanıram ki, bu oyunumuza yansımayacaq. Millimizə çox inanıram. Səfərdən üç xalla qayıdıb qrupun lideri ola bilərik. Futbolçular və məşqçilər də bu oyuna final kimi hazırlaşıb, çıxacaqlar".
 
"Futbol kollektiv oyunudu. Biz sabah fərdi keyfiyyətlərə üstünlük versək, istəyimizə nail ola bilmərik. Ancaq bəzi epizodlarda fərdi ustalıq lazımdı ki, komandaya xallar qazandırılsın. Komandamıza uğurlar arzu edirəm. İnanıram ki, oyundan sonra bayram edən tərəf biz olacağıq" - deyə, Aqil Nəbiyev fikirlərini yekunlaşdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30