20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Kosovanın baş məşqçisi: "Azərbaycan millisini yaxşı dəyərləndirirəm"

"Performansımızdan çox razı qaldım. Malta müdafiə olunmağı yaxşı bacarır. Ancaq biz qol vurmağın yollarını tapdıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Millətlər Liqasının D Liqasında yığmamızla eyni qrupda qərrlaşan Kosovo millisinin baş məşqçisi Bernard Şalland deyib. İsveçrəli mütəxəssis 5-ci turda Malta üzərindəki qələbəni şərh edib:
 
"Bu qələbə komandamızdakı ruhu göstərdi. Əslində, bu oyunda da bir neçə problemimiz görünürdü. Hesab belə olduğu üçün nəzərə çarpmaya bilər. Buna baxmayaraq, mən çox xoşbəxtəm. Çünki əvvəllər qol vurmaqla bağlı sıxıntılarımız olub".
 
11 xalı olan Kosovo son turda 9 xalı olan Azərbaycan millisini qəbul edəcək. Şalland son turda keçiriləcək həlledici oyunla bağlı fikirlərini bölüşüb: "İlk turda səfərdə Azərbaycanla qarşılaşanda anlamışdım ki, bu komanda ilə son matçımız final xarakteri daşıyacaq. Təxminim məni yanıltmadı. Biz də bu yerə gəldiyimiz üçün sevinirik. Mən Azərbaycan millisini yaxşı dəyərləndirirəm.Bəzi yaxşı futbolçuları ilə güclü komandaya qarşı oynayacağıq. Onlar yuxularını gerçək etmək istəyirlər, bizə təhlükə yarada bilərlər. Priştinada çox maraqlı oyun olacaq"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30