Ölkə futbolu
Qurban Qurbanov: "Kosovoya qələbə üçün gedəcəyik"
UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda millimiz evdə Farer adalarına 2:0 hesabı ilə qalib gəlib.
Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında yığmamızın çalışdırıcısı Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis öncə oyunla bağlı danışıb:
"Futbolçularımı təbrik edirəm. Bu qələbə çox vacib idi. Şükür olsun, hər şey istədiyimiz kimi alındı. Azarkeşlərimizə təşəkkür edirəm. Çoxdandı öz meydanımızda qələbəmiz yox idi. İlk dəqiqələrdən rəqib fərqli sistemdə oynadı. Buna hazırlaşmışdıq. İlk hissəni bu sistemdə keçirdilər. İkinci hissədə oyuna bir az nəzarət edə bilmədik. Get-gedə hər şey bizim tərəfimizdə oldu. Futbolçulardan razı qaldım. Vacib səfər oyunumuz qalır. Mütləq qələbə lazımdı. Paltardəyişmə otağında futbolçulara dedim ki, hər birinizə inanıram. Kosovoya qələbə üçün gedəcəyik. Bunun üçün nə lazımdısa, etməyə çalışacağıq. İnşallah, futbolçuilar bunu bacaracaq və nə qədər gücləri varsa, hətta artığını meydanda qoyacaqlar".
- Gələn oyunun vacibliyi oyununuza necə təsir edəcək?
- Futbolçular dərk edirlər ki, vacibdi. İnanmıram ki, bu, onlara pis təsir etsin. Əksinə, belə oyunlar bütün kollektivi möhkəmləndirməlidi. Son oyunumuzda hər biri heç nədən çəkinmədən ən yaxşı oyununu göstərməyə çalışacaq.
- Bir neçə futbolçu ilk dəfə millidə idi. Onların çıxışından razı qaldız?
- İlk dəfə idi ki, bir yerdə çalışırdıq. Amma ilboyu onlara nəzarət edirdik, hər birinə bələdik. Təkcə Mirabdulla meydana çıxdı. Vaxtı az olsa da, pis təsir bağışlamadı. Hər birindən razıyam. Hamısı çox böyük istək və həvəslə oynamağa hazırdılar.
- İlk dəfə idi ki, komanda bu qədər künc zərbəsi qazandı. 17 belə imkandan istifadə etmək mükmkün olmadı. Bununla bağlı problem var?
- Düzdü, say çox oldu. Rəqəmi bilmirdim. Ümumən pis alınmadı. Qol olmasa da, bunların üzərində çalışmışdıq. Bir neçə nöqtə var idi ki, topu orda görmək istəyirdik. Rəqibin ucaboy futbolçuları var idi. Olub ki, 1-2 standart vəziyyət əldə etmişik və onlardan iyararlanmışıq. Nə hazırlamışdıqsa, onlardan istifədə etdik.
- 4 futbolçu cəza ərəfəsində idi və risk edib onları meydanda saxladız. Addımınızı necə şərh edərdiniz?
- Futboldu, çəkinəsi bir şey yoxdu. Dəyişikliklər ola bilərdi. Amma Kamranla Pavelin zədələnməsi dəyişikliklərlə planlarımıza təsir etdi.
- Demək olar ki, millinin optimal heyəti formalaşıb. Amma Kosovo ilə oyuna da bu futbolçuların gücü çatacaq?
- Rəqibin oyununu bilirik. Amma son matçlarını analiz edəcəyik. Hansı heyət daha uyğun olsa, o futbolçuları meydana buraxacağıq. Kamranın, Pavelin oynayıb-oynamayacağı bilinmir. Mikrozədəsi olan futbolçular var. Statistikaya baxacağıq ki, hansı futbolçu daha çox yüklənib. Ola bilər ki, 1-2 dəyişiklik edək.
- Qrupdan çıxmaq əsas məqsəddi, yoxsa minimum məqsəd?
- Açığı, həmişə çalışmışam ki, hər turnirdə maksimum nəticə qazanaq. Nə dərəcədə alınmasını deyə bilmərik. 4 oyun öncə şansımız var idi və indi də var. Bundan maksimum istifadə etməyə çalışacağıq. Kosovoya qələbə üçün gedəcəyik. Alınmama ehtimalı barədə düşünmürəm. Oyunçularla söhbətimdə dedim ki, bu oyun arxada qaldı və növbəti matçda xarakter göstərib qələbə üçün hər şeyi etməliyik.
- Dediniz ki, hər bir göstəriciyə diqqət edəcəyik. Oyun günü Kosovoda temperatur 0 dərəcə olacaq.
- Farer adalarında da hava şəraiti bizim üçün xoş deyildi. Amma hamımızın bir düşüncəsi var ki, təbiətdə pis hava yoxdu. Bəzən belə temperaturlarda ona uyğun oyun qurmağa çalışırsan və futbolçuların konsentrasiyası daha çox olur.
- Sanki bu gün Qurban Qurbanov həmişəkindən daha nikbin və iddialıdı.
- Həmişə iddialı olmuşuq. Bəzi oyunlar var ki, buna daha çox ehtiyac olur. Mən səfərə qələbə hissləri ilə getmək istəyirəm. Futbolçular lazım olsa döyüşməyi hiss etməlidilər. Təbii ki, futbol elementlərini unutmayaraq. Bizə ancaq qələbə lazımdı. İnamlı olmalıyıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:49
Azərbaycan kuboku: "Zirə" finalda (YENİLƏNİR)
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü