18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Qəbələ" yoxlama oyunu oynayacaq

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründə hazırlığını davam etdirir.
 
Futbolxeber.az saytının məlumatına görə, 11-ci turun noyabrın 11-də keçirilən oyunundan sonra 3 günlük istirahətə buraxılan komanda dünən Qəbələdə bir araya gəlib. “Qırmızı-qaralar” hazırlığı milli komandaların düşərgələrində olan futbolçularsız gerçəkləşdirir.
 
Bu gün keçirilən məşq prosesi fiziki hazırlıqla başlayıb. Ardınca futbolçular meydanda toplu və topsuz çalışmalar yerinə yetiriblər.
 
Sənan Qurbanovun baş məşqçisi olduğu komanda noyabrın 20-dək məşqlərini Qəbələ şəhər stadionunda reallaşdıracaq. Həmin gün Bakıya yola düşəcək komanda 12-ci turun hazırlığına paytaxtda yekun vuracaq.
 
Noyabrın 19-da isə “Qəbələ” yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” UEFA Gənclər Liqasında mübarizə aparan U-19 komandası ilə matçda qüvvəsini sınayacaq. "Qəbələ” 12-ci turun noyabrın 24-də keçiriləcək oyununda “Keşlə”nin qonağı olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30