29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Farer adalarının kapitanı: "Belə gözəl ölkədən qalib qayıdacağımıza inanıram"

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda sabah keçiriləcək Azərbaycan – Farer adaları oyunundan öncə keçirilən mətbuat konfransında qonaq komandanın kapitanı Atli Qreqersen jurnalistlərin suallarını cavablandırıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 36 yaşlı müdafiəçi əvvəlcə görüş barədə fikirlərini bildirib:
 
"Azərbaycanla bir ay əvvəl evdə qarşılaşdıq və 0:3 uduzduq. Həmin matçda kobud səhvlərə yol verdik və Azərbaycan bizi cəzalandırdı".
 
- İlk oyundan bu günə nə dəyişib? Nə baş verə bilər ki, həmin səhvləri etməyəsiz?
- Artıq dünyanı gəzmişik, çoxlu məşq etmişik. İnanırıq ki, həmin səvləri etməyəcəyik. İlk oyuna baxmışdızsa, bərabər mübarizə gedirdi. Sadəcə rəqib səhvlərimizi bağışlamadı. Sabah Azərbaycanın topla daha çox oynayacağını gözləyirik. İnanıram ki, son nəticə istədiyimiz kimi olacaq.
 
- Sabahkı oyundakı qələbə şanslarınızı artıra bilər. Buna inanırsız?
- Allaha və qələbəyə inanıram. İdmançılarıq və qələbə qazanmaq üçün meydana çıxacağıq. Belə gözəl ölkədən qalib kimi qayıdacağımıza inanıram.
 
- Revanş hissi ilə oynayacaqsız?
- Revanş çox böyük ifadədi. Sadəcə daha yaxşı nəticə qazanmaq istəyirik. Azərbaycan xalqını çox bəyənirəm.
 
- Hansı komandanı qrup birinciliyinə daha şanslı sayırsız?
- Farer adalarını.
 
- Bir az halsız görünürsüz və çox qalın geyinmisiz. Bakı belə soyuqdu, yoxsa xəstələnmisiz?
- Tam sağlamam, bu, eşitdiyim ən qəribə sualdı. Bizdə də daha soyuqdu. Hər şey qaydasındadı. Sabah da bunu görəcəyik. Özümə gəldikdə isə bəlkə də dünyanın ən yaraşıqlı oğlanlarından biriyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31