19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Avropa Liqasının final oyununun tərəfdaşları Bakıda

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək Avropa Liqasının final oyunu ilə əlaqədar müxtəlif fəaliyyət sahələri üzrə nümayəndə heyətlərinin Azərbaycan paytaxtına mütəmadi səfərləri davam edir.
 
Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu dəfə final qarşılaşmasında UEFA ilə rəsmi tərəfdaş olan şirkətlərin təmsilçiləri BOS-da olublar.
 
Onlar, həmçinin final matçı ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin məkanlarına baş çəkiblər. BOS-dakı tədbirdə Avroliqanın layihə meneceri Andreas Şar, AFFA baş katibinin müavini Sərxan Hacıyev, Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev çıxış ediblər.
 
Sonra tədbir iştirakçıları stadion ərazisinə tanışlıq xarakterli baxış keçiriblər. Səfərin ikinci günü AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə nümayəndə heyəti final oyununun təşkilati işləri çərçivəsində keçiriləcək müxtəlif tədbirlərin məkanları ilə tanış olub. Sonda xatirə şəkli çəkdirilib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30