23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Onu Rəşad Sadıqov daha dəqiq deyə bilər"

"Oyun istədiyimiz kimi keçsə də, məğlub olduq. Ağır qarşılaşma idi. Qələbə qazanmaq istəyirdik. Amma Alınmadı. Baş məşqçinin də verdiyi tapşırıqları da yerinə yetirdik. Qol imkanlarımız oldu. Lakin oyunda bəxt amili də var idi".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Rövlan Muradov yoxlama matçında Ukraynaya 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra deyib. 20 yaşlı yarımmüdafiəçi jurnalistlərin suallarını da cavablandırıb: 
 
- Bu gün yığmanın məğlub olmasının əsas səbəbi bəxt amili idi, yoxsa ustalıq səviyyəsinin aşağı olması? Sanki komanda qol epizodları yaratmaqda çətinlik çəkirdi...
 
- Ustalıq səviyyəsi də demək olar. Sadəcə bəxt amili bizdən yan keçdi.
 
- Komanda növbəti yoldaşlıq görüşündə Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Həmin oyunda hansı nəticəyə ümid etmək olar?
 
- Həmin görüşə də ciddi hazırlaşacağıq. İstəyərik ki, qələbə qazanaq.
 
- Oyuna sonradan daxil olsanız da heç də pis çıxış etmədiniz. Sizin fikrinizcə yığmaya daimi çağırılmaq üçün özünüzü sübut edə bildinizmi?
 
- Bu barədə bir söz deyə bilmərəm. Onu baş məşqçimiz Rəşad Sadıqov daha dəqiq deyə bilər.
 
- Sanki milli komandanın hücum mövqeyində də problem var...
 
- Demək olar ki, mənim daimi çıxış etdiyim bir mövqe yoxdur. Sol, sağ və mərkəzdə də oynaya bilirəm.
 
- Qarşıdakı seçmə mərhələdə sizi U-21-də əsas hücumçu kimi görə bilərikmi?
 
- Mən hər zaman bu komanda üçün canla başla çıxış etməyə hazıram.
 
- Çexiyanın "Slaviya" komandasında oynayırdınız. Sonra isə "Qarabağ”a qayıtdınız. Niyə orada qala bilmədiniz?
 
- Klub prezidenti dəyişdi. Rəhbərlikdə bəzi dəyişikliklər oldu və onlar razılaşmadı.
 
- Yeni gələnlər sizi bəyənmədi?
 
- Xeyr. Onların hədəfi ancaq yerli futbolçuların oynaması idi.
 
- Amma hazırda Fərid Nəbiyev orada çıxış edir...
 
- O, məndən bir yaş balacadır. Orada da 1998-ci il təvəllüdlü futbolçular üçün limit var. İstədilər ki, onlar yerli oyunçular olsun.
 
- Hər halda sizi tanıyırlar. Yenidən Çexiyaya qayıtmaq ehtimalı varmı?
 
- O barədə bir söz deyə bilmərəm. Belə məsələlərə menecerim Vaqif Heydərli baxır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30